Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
İslam Konfransı Təşkilatı Komissiyasının 34-cü sessiyasında Dialoq və Əməkdaşlıq Uğrunda
İslam Konfransı Gənclər Forumu haqqında qətnamə layihəsi qəbul edilmişdir
 
Keçən həftə Ciddə şəhərində keçirilmiş İslam Konfransı Təşkilatının (İKT) iqtisadi, mədəni və sosial məsələlər üzrə komissiyasının 34-cü sessiyasında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ İKGF) haqqında qətnamə layihəsi yekdilliklə qəbul olunmuşdur.
DƏ İKGF-nin İstanbul baş qərargahından bildirmişlər ki, bu komissiyanın yüksək rəsmi şəxslər səviyyəsində hər il keçirilən sessiyasında İKT-yə üzv ölkələrinin Xarici İşlər Nazirləri (XİN) Şurasının sessiyasının gündəliyində olan sənədlər müzakirə edilir.
Bu il İKT XİN Şurasının sessiyası iyunun sonunda Qazaxıstanın paytaxtı Astanada keçiriləcəkdir.
DƏ İKGF-nin nümayəndəliyinin rəhbəri, Forumun baş katibi, səfir Elşad İsgəndərov bildirmişdir ki, qətnamənin vacib maddələrindən biri “XX əsrdə İKT-yə üzv ölkələrində humanitar faciələr üzrə Anma günü proqramı” çərçivəsində “Xocalıya ədalət” Beynəlxalq kampaniyasına həsr olunmuşdur. Xüsusilə, qətnamə layihəsi dövlət üzvlərini, həmçinin İKT institutlarını Xocalı kütləvi qırğınının insanlıq əleyhinə yönəlmiş cinayət kimi həm milli zəmində, həm də beynəlxalq səviyyədə tanınması istiqamətində öz fəaliyyətlərini gücləndirməyə çağırır.
Bundan əlavə, qətnamə layihəsində BMT-nin Sivilizasiyaların İttifaqı uğrunda Alyansı prosesində gənclərin rolunun gücləndirilməsi sahəsində, xüsusilə DƏ İKGF-nin İKT-nin tərəfdaşı kimi bu il aprelin 9-dan 11-dək Bakıda təsis edilmiş Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatının yaradılmasında Forumun rolu yüksək qiymətləndirilmişdir.
Sessiyada çıxış edən E.İsgəndərov Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ilin noyabrında Bakıda təsis edilmiş hərəkatın davamı olaraq Qlobal Gənclər Hərəkatının əhəmiyyətindən, Forumun müsəlman gəncliyin inkişafına yönəlmiş fəaliyyətindən, o cümlədən islamofobiya ilə mübarizədə Forumun aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlığından bəhs etmişdir.