Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Türkiyə ilə Azərbaycan dünyada misli görünməmiş əlaqələrə malik iki qardaş ölkədir
 
Türkiyədə keçiriləcək parlament seçkisi öncəsi hakim Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan azərbaycanlıların da yığcam yaşadığı İğdırda sakinlərlə görüşmüşdür.
R.T.Ərdoğan demişdir ki, Avropada və dünyada sayılan güclərdən və ölkələrdən biri olan Türkiyə inkişafa və sülhə nail olmaq üçün çalışır.
O, Azərbaycan ilə münasibətlərə toxunaraq demişdir ki, hər iki ölkə bir birilərinə güc verən gələcəyin iki dövlətidir. Türkiyə ilə Azərbaycan dünyada misli görünməmiş əlaqələrə malik iki qardaş ölkədir.
Baş nazir İğdırdan Naxçıvana yeni yolun tikintisindən də söz açmış, yolun tikintisinin başa çatdığını və yaxın vaxtlarda istifadəyə veriləcəyini bildirmişdir.
Türkiyə-Ermənistan münasibətlərinə toxunan hökumət başçısı demişdir ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən münasibətlərin normallaşması mümkün deyildir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsində Azərbaycanın arxasındayıq və bu mövqedən çəkilməyəcəyik. Türkiyə - Ermənistan sərhədlərinin bağlanmasına Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi səbəb olmuşdur. Ona görə də ilk növbədə torpaqlar işğaldan azad edilməlidir.