Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Türkiyənin İğdır şəhərində Heydər Əliyev liseyinin rəsmi açılışı olmuşdur

Türkiyənin İğdır şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan liseyin rəsmi açılışı olmuşdur. Mərasimində baş nazir Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir.
Türkiyənin Baş naziri demişdir ki, bu mərasimdə iştirak mənim üçün çox önəmlidir. Təkcə dost, qardaş Azərbaycanın deyil bizim də fəxrimiz, “biz bir millət iki dövlətik” kəlamının müəllifi Heydər Əliyevin adanı daşıyan bu liseyin fəaliyyətindən məmnunuq.
Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov Heydər Əliyevin adını daşıyan müasir təhsil kompleksinin açılışında iştirak etməkdən böyük qürur hissi keçirdiyini bildirmişdir.
Sonra rəmzi açılışı bildirən qırmızı lent kəsilmiş, Baş nazir, səfir və digər qonaqlar liseylə tanış olmuşlar.
Bildirilmişdir ki, liseydə hazırda 234 şagird təhsil alır. Şagirdlər təhsil müəssisəsinə imtahan verərək yüksək balla qəbul edilirlər. 16 sinif otağı olan liseydə müasir standartlara cavab verən kimya, biologiya və fizika laboratoriyaları, idman zalı, qızlar yataqxanası fəaliyyət göstərir. Burada zəngin kitabxana da vardır. Bir sözlə təhsil üçün hər cür şəraitə malik olan Heydər Əliyev liseyi Türkiyənin ən nüfuzlu tədris komplekslərindən biri hesab edilir.
Daha sonra Baş nazir və onunla birlikdə açılış mərasimdə iştirak edən qızı liseyin şagirdləri ilə birlikdə şəkil çəkdirmişlər.
Heydər Əliyev liseyini açılışı əhalisinin böyük əksəriyyətinin azərbaycanlıların təşkil etdiyi İğdır, eləcə də bölgənin təhsil ictimaiyyəti üçün əsil bayrama çevrilmişdir.