Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
“Discovery Science” kanalında Bakının nadir memarlıq layihələrindən bəhs edən veriliş yayımlanmışdır

“Discovery Science” kanalında Bakıda inşa olunan nadir memarlıq layihələrindən bəhs edən veriliş yayımlanmışdır.
Bakının təkcə xarici görünüşü ilə deyil, həm də funksionallığı baxımından seçilən üç möhtəşəm layihə - Heydər Əliyev Mərkəzi, “Flame Tower” kompleksi və Dövlət Bayrağı Meydanı haqqında veriliş kanalın müasir dövrün nadir mühəndis tikililərinə dair reportajlar hazırlayan “Build It Bigger/ Extreme Engineering” proqramında efirə çıxmışdır.
Ssenariya əsasən, dünya şöhrətli teleaparıcı, arxitektor Denni Forster bu layihələrin tikintisi ilə məşğul olan mühəndislərlə görüşmüşdür. O, belə nəhəng layihələrin tikintisinin hansı çətinliklərlə başa gəldiyindən söz açır. Heydər Əliyev Mərkəzi barədə danışarkən Denni Forster deyir ki, bu tikili yalnız mədəni mərkəz deyil. Bu, həm də dünyaya özünü sübut etmək üçün bir vasitədir.
Verilişdə, həmçinin Azərbaycanın son illərdə qazandığı iqtisadi uğurlardan bəhs edilir. Belə nəhəng layihələrin ərsəyə gəlməsi isə bu inkişafın əsas göstəricisi kimi xarakterizə olunur.
Tamaşaçı auditoriyası 1,5 milyarddan çox olan “Discovery Science” kanalında Bakının möhtəşəm memarlıq layihələrindən bəhs edən verilişin yayımlanması Azərbaycanın nadir memarlıq incilərinə dünya ictimaiyyətinin artan marağından xəbər verir.