Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
17-23 oktyabr 2019-cu il
41 (1088)
3-9 oktyabr 2019-cu il
39 (1086)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Nikita Mixalkov: İrandan çıxarılan erməni ailələrini Dağlıq Qarabağda
məskunlaşdıran məhz Qriboyedov olmuşdur
 
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rusiya Kinematoqrafçılar İttifaqının sədri, Oskar mükafatı laureatı, tanınmış rejissor Nikita Mixalkov Aleksandr Qriboyedov haqqında film çəkməyə hazırlaşır.
N.Mixalkov bildirmişdir ki, “Aleksandr Qriboyedovun həyatı və ölümü” adlı layihənin demək olar ki, hazır ssenarisi onun əlindədir. Ssenarinin müəllifləri Aleksandr Adabaşyan, İrakli Kvirikadze, Yuri Loşşits və Nikita Mixalkov özüdür.
Mixalkov demişdir: “Çoxşaxəli, çoxpilləli əhvalat 20 seriyalı telefilmin əsası ola bilər. Sonra isə həmin serial əsasında iki film hazırlamaq mümkündür”.
Rejissor əlavə etmişdir ki, bu layihəni 20 il bundan əvvəl fikirləşmişdir.
“Biz bu filmi ona görə çəkmədik ki, Qarabağda kədərli hadisələr başlandı. Bu da məlumdur ki, İrandan çıxarılan erməni ailələrini Dağlıq Qarabağda məskunlaşdıran məhz Qriboyedov olmuşdur” – deyən Mixalkov etiraf etmişdir ki, baş rola çəkilmək üçün hələ aktyor seçilməmişdir, “lakin istəyənlər çoxdur”.
Rejissor demişdir ki, biz layihəni hazırlayarkən tapdığımız materiallardan bəlli olur ki, kansler qraf Nesselrode (1816-cı ildən 1856-cı ilə qədər Rusiya İmperiyasının xarici işlər naziri, 1844-cü ildən dövlət kansleri) İngiltərə kəşfiyyatının rezidenti olmuşdur. Qriboyedovun qətli xalis siyasi qətil idi. İngilislər bu qətli Rusiyadakı daxili qüvvələrin köməyi ilə həyata keçirmişlər.
Mixalkovun sözlərinə görə, bu faktlar hadisələri daha maraqlı və müasir edir.
Rusiyanın İrandakı səfirliyinə başçılıq etmiş Aleksandr Sergeyeviç Qriboyedov 1829-cu ildə, hiddətlənmiş xalq kütlələri Rusiyanın Tehrandakı diplomatik missiyasını darmadağın edərkən həlak olmuşdur.