Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycan ilə İtaliyanın regionları arasında əməkdaşlıq
perspektivləri müzakirə olunmuşdur
 
Aprelin 27-dən 29-dək Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin Liquriya regionunda işgüzar səfərdə olmuşdur.
Səfirlikdən bildirmişlər ki, səfər çərçivəsində azərbaycanlı diplomat Liquriya regionunun qubernatorunun müavini Merlin Fuska, Genuya şəhərinin meri Marta Vinçenzi, eləcə də bölgənin işgüzar dairələrinin nümayəndələri ilə görüşmüşdür.
Görüşlərdə V.Sadıqov Azərbaycan-İtaliya siyasi və iqtisadi əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini məmnunluqla qeyd etmiş, iki ölkənin regionları arasında da əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır.
İtaliyanın çoxsaylı şirkətlərinin ölkəmizdə artıq uzun illər fəaliyyət göstərdiyini bildirən səfir Liquriya regionunun və Genuyanın işgüzar dairələri ilə də iqtisadiyyat, turizm və mədəniyyət sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu qeyd etmişdir.
Tərəflər Azərbaycanın müvafiq rayonları ilə Liquriya regionu arasında əməkdaşlıq perspektivlərini müzakirə etmişlər.
Səfər çərçivəsində V.Sadıqov İtaliyanın kütləvi informasiya vasitələrinə müsahibə vermiş, jurnalistlərin Azərbaycan-İtaliya əlaqələri, ölkəmizin xarici siyasəti və iqtisadiyyatına dair suallarını cavablandırmışdır. Müsahibə İtaliyanın nüfuzlu “La Repubblica”, eləcə də Liquriyada nəşr edilən “Corriere Mercantile” və “İl Secolo XIX” qəzetlərində dərc olunmuşdur.
Bundan əlavə, azərbaycanlı diplomat İtaliyada fəaliyyət göstərən Fəxri Konsullar Birliyinin bu ölkədəki diplomatik korpusun nümayəndələri üçün Genuyada təşkil etdiyi tədbirlərə də qatılmışdır.
Görüşlərdə Azərbaycanın Genuyadakı fəxri konsulu xanım Marqarita Kosta iştirak etmişdir.