Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Pakistanda keçirilmiş “2011-ci il üzrə bahar festivalı” sərgisində
Azərbaycan guşəsinə böyük maraq göstərilmişdir
 
Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu ölkənin nüfuzlu ali təhsil ocağı olan Qayd-i Əzəm Universitetində “2011-ci il üzrə bahar festivalı” keçirilmişdir.
Festival çərçivəsində təşkil olunmuş sərgidə xarici ölkələrin Pakistandakı diplomatik nümayəndəlikləri, müxtəlif dövlət qurumları, bir sıra şirkətlər tərəfindən gətirilmiş kitablar, müxtəlif eksponatlar nümayiş etdirilmişdir.
Ölkəmizin diplomatik nümayəndəliyi isə onun üçün ayrılmış guşədə Azərbaycan həqiqətləri, Ermənistanın hərbi təcavüzü, habelə xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, respublikamızda həyata keçirilən ictimai-siyasi və sosial islahatlardan bəhs edən kitab, broşür və videodisklər təqdim etmişdir.
Tədbirə qatılan Pakistanın tanınmış şəxsləri, media nümayəndələri və tələbələr Azərbaycan guşəsinə böyük maraq göstərmişlər. Səfirliyin əməkdaşları iştirakçıların müstəqilliyimiz, ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi həyatında rolu, ölkəmizdə İslam dəyərlərinə münasibət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və s. barədə suallarına cavab vermişlər.
Qeyd olunmuşdur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir milyon vətəndaşımız doğma torpaqlarından didərgin düşmüşdür. BMT, Avropa Şurası, Avropa Parlamenti və İslam Konfransı Təşkilatının müvafiq qətnamələrində işğalçı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmaq barədə tələbə Ermənistanın məhəl qoymadığı haqqında festival iştirakçılarına məlumat verilmişdir.
Bundan əlavə, ölkəmizdə demokratiya və insan hüquqlarının təmin edilməsi istiqamətində görülən işlərə, bütün siyasi qüvvələrin sərbəst şəkildə fəaliyyət göstərməsinə, həmçinin etnik və dini qrupların heç bir ayrı-seçkiliyə məruz qalmamasına dair faktlar da iştirakçıların böyük marağına səbəb olmuşdur.
Pakistanın Poçt Xidmətləri Federal katibi Raja İkram-ul Haqq da Azərbaycan guşəsi ilə tanış olmuş, ölkəmizin festivalda iştirakından məmnunluğunu ifadə etmişdir.