Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Əhməd Davudoğlu: Dağlıq Qarabağ münaqişəsi regional inkişafa ən böyük maneədir
 
Türkiyənin Cənubi Qafqaz ilə bağlı siyasi kursu regionda uzunmüddətli, hərtərəfli sülhün bərqərar olunmasına yönəlmişdir.
Bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın “Arminfo” informasiya agentliyinə müsahibəsində demişdir.
Biz daha çox regional inteqrasiya şəraitində, xalqların mənafeyi naminə təhlükəsiz gələcəyin formalaşmasına diqqətimizi yönəltmək istəyirik deyən Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağ münaqişəsinin bu istiqamətdə ən böyük problem olduğunu vurğulamışdır. Ə.Davudoğlu demişdir ki, bu konteksdə regionda sülhün və təhlükəsizliyin mövcudluğuna əsas mane olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində əməli addımlar atmaq lazımdır. Türkiyənin məqsədi Cənubi Qafqazda hərtərəfli sülh atmosferi yaratmaqdır.
Türkiyəli nazir vurğulamışdır ki, ATƏT-in Minsk qrupu təxminən 20 il ərzində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına çalışmışdır. Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi konstruktiv mövqeyini nəzərə alaraq Türkiyə ümid edir ki, 2011-ci il martın 5-də Soçidə keçirilmiş üçtərəfli görüş danışıqlar prosesində irəliləyiş üçün əhəmiyyətli olacaqdır. Ankara bu yüksək səviyyəli görüşdə qəbul edilmiş bəyannaməni alqışlayır və ümid edir ki, yaxın gələcəkdə növbəti müsbət addımlar atılacaqdır.