Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Əgər Davos dünyada iqtisadi forumların keçirildiyi bir şəhər kimi tanınırsa, Bakı da artıq möhtəşəm mədəniyyət tədbirlərinə ev sahibliyi edən bir məkan kimi məşhurdur
 
Əgər Davos dünyada iqtisadi forumların keçirildiyi bir şəhər kimi tanınırsa, Bakı da artıq möhtəşəm mədəniyyət tədbirlərinə ev sahibliyi edən bir məkan kimi məşhurdur.
Bu sözləri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiyanın İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman müsahibəsində demişdir.
M. Qusman bildirmişdir ki, Forumun Bakıda keçirilməsinin tam əsası vardır. Çünki bu şəhər, ümumiyyətlə Azərbaycan uzun illərdir ki, dünya mədəniyyətinin mərkəzidir və bu, ölkənizin tarixi missiyasıdır. Dünyanın görkəmli mədəniyyət xadimləri hər zaman Bakıda dünya mədəni irsinə yanaşmanı böyük hörmətlə qeyd etmişlər.
Multimədəniyyət ölkəsi kimi Azərbaycanda müxtəlif etnosların nümayəndələrinin özlərini həmişə rahat hiss etdiklərini deyən M.Qusman Bakının həm memarlıq abidələrində, həm də tarixində dünya mədəniyyətlərindən bir çox əlamətlərin olduğunu vurğulamışdır.
Hələ ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində Bakının dünya miqyaslı böyük mədəniyyət tədbirlərinin keçirildiyi bir məkana çevrildiyini deyən M.Qusman qeyd etmişdir ki, Prezident İlham Əliyev bu ənənəni çox uğurla davam etdirir.
M.Qusman Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın isə “Qadınlar – mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda sessiyasında söylədikləri çox maraqlı, dərin məzmunlu nitqlərin hələ də təsiri altında olduğunu bildirmişdir.
Forumun keçirilməsinin əsas təşəbbüskarlarından birinin məhz Mehriban xanım Əliyeva olduğunu deyən M. Qusman Azərbaycanın birinci xanımının elm, mədəniyyət, təhsil, səhiyyənin inkişafı istiqamətində gördüyü işlərin YUNESKO-da yüksək qiymətləndirilməsini xüsusi vurğulamışdır.
M. Qusman demişdir: “Forum iştirakçılarının əksəriyyəti ilə söhbətim zamanı onların hamısı qarşılıqlı anlaşma, mövqelərin yaxınlaşması baxımından bu tədbirin əhəmiyyətini vurğulamışlar. “Gözəllik dünyanı xilas edəcəkdir” məfhumunu hamınız eşitmisiniz. “Gözəllik” anlayışını daha geniş mənada götürsək, bu mədəniyyət deməkdir. Məhz mədəniyyət dünyanı xilas edəcəkdir”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan M.Qusman demişdir ki, bu problem mütləq həll edilməlidir, çünki həm beynəlxalq hüquq, həm də ədalət anlayışı ondan ibarətdir ki, Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalıdır. Rusiya problemin həlli istiqamətində tərəflərə öz yardımını göstərməyə çalışır. Bu məsələdə xüsusilə Prezident Dmitri Medvedevin səylərini qeyd etmək vacibdir.