Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşmüşdür
 
Aprelin 8-də “Gülüstan” sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşmüşdür.
Mehriban xanım Əliyeva Svetlana Orlovanı Azərbaycanda görməkdən məmnun olduğunu demişdir.
Azərbaycanın birinci xanımı Svetlana Orlovaya dəvəti qəbul edib Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gəldiyinə görə təşəkkürünü bildirmişdir.
Forumun yüksək səviyyədə təşkil edildiyini vurğulayan Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini keçirilmiş müzakirələrin böyük maraq doğurduğunu demişdir. Qonaq müasir dünyada gender problemlərinin həllinin vacibliyini qeyd etmişdir.
Svetlana Orlova sürətlə inkişaf edən Bakı haqqında təəssüratlarını da bölüşmüşdür.