Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Gənclər radikal müxalifətçi Ə.Kərimlinin yaşadığı evin qarşısında növbəti
etiraz aksiyası keçirmişlər
 
Aprelin 2-də ölkəmizin ictimai-siyasi həyatında fəal olan gənclər “Azərbaycan Xalq Cəbhəsi” Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı evin qarşısında növbəti etiraz aksiyası keçirmişlər.
Aksiyada gənclər Əli Kərimlini radikal dini qüvvələrlə əməkdaşlıqda və ölkədə pozuculuq işləri aparmaqda günahlandırmışlar. Çiçəklənən Azərbaycanda radikal müxalifətə yer olmadığını deyən aksiya iştirakçıları müxtəlif şüarlar səsləndirmişlər.
Gənclər bildirmişlər ki, Azərbaycanın radikal müxalifəti böhtan atmaqla, əxlaqi dəyərlərə sığmayan hərəkətlər etməklə müxalifətin mövcudluğunun duyulacağını hesab edir. Bununla da ideyasız müxalifət cəmiyyət üçün gərginlik mənbəyinə və sosial bəlaya çevrilir.
Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini bəyan edən aksiya iştirakçıları vurğulamışlar ki, Azərbaycanın iqtisadi və social inkişafı kifayət qədər dayanıqlıdır. Bildirilmişdir ki, Azərbaycanın sürətli inkişafının əsas səbəbi ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət və bu kursu uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.