Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Suriyadakı azərbaycanlılar Novruz bayramını qeyd etmişlər
 
Azərbaycan Respublikasının Suriyadakı səfirliyi qurumun əməkdaşları, onların ailə üzvləri, Azərbaycan icması nümayəndələrinin, soydaşlarımızla ailə qurmuş suriyalıların iştirakı ilə novruz tədbiri keçirmişdir.
Səfirlikdən bildirmişlər ki, Dəməşqdəki restoranlardan birində açılmış və səməni, şəkərbura, paxlava, digər Novruz rəmzləri ilə bəzədilmiş süfrə arxasında səfir M.Əliyev Azərbaycan Prezidentinin xalqımıza ünvanlanmış təbrikini iştirakçıların diqqətinə çatdırmışdır. O. Novruz bayramının təkcə vətəndə deyil, ölkədən xaricdə yaşayan bütün azərbaycanlılar tərəfindən də yüksək səviyyədə qeyd edilməsinə dövlət qayğısından danışmışdır. Xatırlatmışdır ki, Novruz 2009-cu ildə YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Məclisi tərəfindən martın 21-i Beynəlxalq Novruz Günü elan olunmuşdur.
Tədbirdə çıxış edənlər Novruzun ən qədim və sevilən bayram olduğunu bildirmiş, onun adət-ənənələrindən söz açmış, ölkəmizin inkişafı, firavanlığı, işğal altındakı ərazilərimizin azad olunması ilə bağlı arzularını ifadə etmişlər.