Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
İçərişəhərlə tanışlıq

İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Rey və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın 14-də dünya mədəni irs abidələrindən olan İçərişəhərə gəlmişlər.
Ali qonağa məlumat verildi ki, İçərişəhərin çox qədim tarixi vardır. Bu şəhərin minilliklər ərzində mövcud olduğunu bu gün ərazisində yerləşən abidələr təsdiqləyir. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hazırda yaşayış və tarix-memarlıq kompleksi olan İçərişəhər hündürlüyü 8-10 metr, eni 3,5 metr olan divarla əhatələnmişdir.
İsveçrə Prezidenti Mişelin Kalmi-Rey və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Buxara Karvansarayına baxdılar. Bildirildi ki, Kаrvаnsаrаyın orijinal memarlıq quruluşu vardır.
Qız qalasına baxan qonağa məlumat verildi ki, eradan əvvəl VII-VI əsrlərdə əsası qoyulan bu abidə XII əsrdə bərpa olunmuşdur. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan qala silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.
İçərişəhərin qədim abidələrindən olan Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş eksponatların ekspozisiyası da İsveçrə Prezidentində maraq doğurdu. Məlumat verildi ki, Qız qаlаsının şimal tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı zamanı mаrаqlı quruluşa malik Sıratağlı abidə аşkаr olunmuşdur. Bu ərazidən 52 qəbir tapılmışdır.
Gəzinti zamanı qonağa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan son təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verildi.
Sonra Cümə məscidi ilə tanışlıq oldu.
“Kiçik Karvansara” abidəsindəki təsviri və dekorativ–tətbiqi incəsənət mərkəzində - “İncəsənət bağı”nda olan qonaqlar çay süfrəsi ətrafında söhbət etdilər.
Ali qonağa xatirə hədiyyələri təqdim olundu.
Sonda İsveçrə Prezidenti İçərişəhərin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.