Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Yazı bu ölkədəki Azərbaycan diasporunun faciə ilə bağlı keçirdiyi simpoziuma həsr olunub
Birləşmiş Ərəb Əmirliyinin “Əl-Bəyan” qəzetinin 23 fevral 2011-ci il tarixində nəşr olunan sayında “Azərbaycan Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir” başlıqlı məqalə dərc olunub. Dubaydakı “Azərbaycan” Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, məqalə BƏƏ-dəki Azərbaycan diasporunun faciə ilə bağlı Türkiyə, ərəb və digər xalqların icmalarının da iştirakı ilə keçirdiyi böyük simpoziuma həsr olunub.

“Əl-Bəyan” qəzetində dərc olunan məqaləyə “Azərbaycan xalqı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilərin törətdiyi soyqırımı aktı qurbanlarının 19-cu ildönümünü qeyd edir” cümləsi ilə giriş verilib. Daha sonra tədbir haqqında ətraflı məlumat verilib.


BƏƏ-də keçirilən simpoziumu giriş sözü ilə Azərbaycan diasporunun rəhbəri Samir İmanov açaraq ermənilərin 1992-ci ildə Sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi və iştirakı ilə Xocalıda törətdikləri vəhşiliklərin nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, bir gecədə Xocalı şəhəri sakinlərinin 63-ü uşaq və 106-sı qadın olmaqla 613 günahsız dinc sakini vəhşicəsinə qətlə yetirilib. O əlavə edib ki, Xocalı və Dağlıq Qarabağın digər şəhərlərinin sakinləri bu gün öz əzəli torpaqlarında və vətənlərində məcburi köçkündürlər və Azərbaycanın digər 48-ə yaxın müxtəlif şəhər və rayonlarında müvəqqəti olaraq məskunlaşıblar.


“Onlar uzun müddətdir ümid edir və gözləyirlər ki, Dağlıq Qarabağ problemi tezliklə və ədalətli şəkildə öz həllini tapacaq, Ermənistanın Azərbaycana qarşı təcavüzünə və apardığı müharibəyə tezliklə son qoyulacaq, Azərbaycanın ərazi bütövlüyü tam olaraq bərpa olunacaq”, - deyə Samir İmanov qeyd edib.