Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
ABŞ-da “Qarabağ: keçmişə və gələcəyə baxış” adlı yeni təqvim çap edilmişdir

ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu 2011-2012-ci illər üzrə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə həsr olunmuş yeni təqvim çap etmişdir. “Qarabağ: keçmişə və gələcəyə baxış” adlanan təqvim Dağlıq Qarabağ bölgəsinin keçmişini və özünəməxsus ruhunu ifadə edir.
Fondun Avropa və MDB ölkələri üzrə nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, Dağlıq Qarabağın gözəl təbiətini və füsunkar mənzərəsini əks etdirən şəkillərdən ibarət təqvimdə Azərbaycan xalqının sevimli musiqi, rəqs, mətbəx və adət-ənənələri haqqında məlumatlar yerləşdirilmişdir. Fond tərəfindən seçilmiş mövzular Dağlıq Qarabağın Azərbaycan mədəniyyətində əhəmiyyətli yer tutduğunu göstərir.
Bu link ilə (www.karabakhfoundation.org/pages/shop/)  Qarabağ fondunun internet mağazasına daxil olub təqvim və satışdakı digər əşyaları əldə etmək olar. Təqvim ABŞ-da çatdırılma ilə birgə 13 dollara satılır. Bu təqvimin satışa çıxarılmasının əsas məqsədi Azərbaycanı, eləcə də Dağlıq Qarabağ bölgəsini və bütünlükdə Cənubi Qafqazı ABŞ ictimaiyyətinə tanıtmaqdır.
Qeyd edək ki, 2009-cu ilin noyabrında ABŞ-da yaradılmış Qarabağ Fondu QHT-lərə verilən 501 (C) 3 statusuna malikdir.