Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Siyasət
Əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi qanunlara
əlavələr və dəyişikliklər olunacaqdır
 
Fevralın 16-da Milli Məclisin sosial siyasət komitəsinin iclası olmuşdur.
İclasda “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Dərman vasitələri haqqında” qanunlara əlavələrin və dəyişikliklərin edilməsi ilə bağlı və “Sosial xidmət haqqında” qanun layihələri müzakirə olunmuşdur.
Komitənin sədri Hadi Rəcəbli demişdir ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərdiyi qanun layihələrində əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin, eləcə də digər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məsələsi əksini tapmışdır.
“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 43-cü maddəsinə təklif olunan əlavədə deyilir ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində qeydiyyata alınmış müharibə əlili vəfat etdikdə güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
Deputatlardan Musa Quliyev, Məlahət İbrahimqızı, Elmira Axundova, Hikmət Atayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov çıxış edərək bu dəyişikliyi müsbət dəyərləndirmişlər. Bildirilmişdir ki, əlillərin sosial müdafiəsinin gücləndirilməsi üçün daha bir neçə qanuna əlavələr və dəyişikliklər ediləcəkdir.
“Sosial xidmət haqqında” qanun layihəsinin müzakirəsi zamanı qeyd olunmuşdur ki, bu qanun Azərbaycan Respublikasında çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcəkdir.
Layihədə əsas anlayışlarla yanaşı, qanunun əhatə dairəsi, sosial xidmət üzrə dövlət siyasətinin məqsədi, əsas prinsipləri, bu sahədə qanunvericilik, sosial işçinin hüquq və vəzifələri, dövlət və qeyri-dövlət sosial xidmət sistemi, sosial xidmət müəssisələri, xidmətin maliyyələşdirilməsi və digər məsələlər əksini tapmışdır. Qanun 5 fəsil, 29 maddədən ibarətdir. Layihə hazırlanarkən beynəlxalq təcrübə və qabaqcıl ölkələrin qanunvericilik bazası öyrənilmişdir.
Müzakirələr zamanı deputatlar qanunun vacibliyindən danışmış, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini bildirmişlər.
Sonda qanun layihələri baxılmaq və təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunmuşdur.
İclasda cari məsələlərə də baxılmışdır.