Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

AŞPA-nın Səməd Seyidovla bağlı son seçimi ədalətin zəfəridir

 

MİLLƏT VƏKİLLƏRİ SƏMƏD SEYİDOVUN YENİDƏN AŞPA-NIN VİTSE-PTREZİDENTİ VƏZİFƏSİNƏ SEÇİLMƏSİNİ BELƏ DƏYƏRLƏNDİRDİLƏR "Səməd Seyidov Azərbaycanın çox tanınmış ziyalılarından, görkəmli elm adamlarından, nüfuzlu ictimai-siyasi xadimlərindəndir".  Bunu "525"ə açıqlamaslında akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə millət vəkili Səməd Seyidovun Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti vəzifəsinə seçilməsinə münasibətini ifadə edərkən deyib. O bildirib ki, S.Seyidovun insan psixologiyası, insan şəxsiyyətinin formalaşması və sair məsələlərlə bağlı dəyərli elmi fikirləri, əsərləri nəinki Azərbaycan daxilində, hətta, ölkə hüdudlarından kənarda da çox ciddi və maraqla qarşılanmaqda, qəbul edilməkdədir: "Səməd müəllim həm də çox alicənab insan, gözəl şəxsiyyətdir.  Ölkənin ictimai-siyasi həyatında da çox məhsuldar fəaliyyətə malik bir insandır. O, uzun illərdir ki, Azərbaycanı çox nüfuzlu beynəlxalq qurumda, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi layiqincə və uğurla təmsil edir. Bildiyiniz kimi, Azərbaycan 2001-ci ilin əvvəllərindən Avropa Şurasının tam bərabərhüquqlu üzvü kimi fəaliyət göstərir. İlk 3 ildə, yəni 2003-cü ildə ölkə prezidenti vəzifəsinə seçilənəcən də Azərbaycanın həmin qurumdakı nümayəndə heyətinə cənab İlham Əliyev rəhbərlik etmişdi. Onun fəaliyyəti nəticəsində də Azərbaycan çox qısa müddətdə Avropa Şurasının ən nüfuzlu üzv dövlətlərindən birinə çevrilmişdi. Cənab prezidentdən sonra düz 15 ildir ki, Səməd müəllim Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik edir. Bu, özü bir göstəricidir.  Ötən bu illər ərzində də Azərbaycan həqiqətlərinin yayılmasında, xüsusilə, məruz qaldığımız, 30 ildən bəri zorla cəlb olunduğumuz Qarabağ münaqişəsi ilə bağlı erməni yalanlarının ifşa olunmasında Azərbaycan nümayəndə heyətinin, o cümlədən, Səməd Seyidovun fəaliyyəti, xidmətləri müstəsnadır, danılmazdır. Məhz Azərbaycan dövlətinin və Azərbaycan nümayəndə heyətinin birgə səyləri, birgə fəaliyyətləri nəticəsində AŞPA-da Ermənistanın işğalçılıq siyasəti pisləyən qətnamə qəbul olundu. İlk nüfuzlu beynəlxalq qurum idi ki, AŞPA o zaman Ermənistan-Azərbaycan münaqişəsinə ədalətli qiymətini vermişdi. Bunun özü çox böyük tarixi bir hadisə və bütövlükdə Azərbaycan diplomatiyasının uğuru idi, yəni bu qətnamənin qəbul olunması ilə ermənilərə böyük zərbə vurulmuşdu, onların uzun illərdən bəri dünyaya, o cümlədən, AŞPA-ya sırıdığı yalanlar ifşa olunmuşdu. Ancaq Azərbaycan nümayəndə heyəti bununla da kifayətlənmədi, erməni yalanlarının, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşa olunması istiqamətində fəaliyyətini daha da gücləndirdi, Ermənistanın əliqanlı sabiq cinayətkar prezidenti Serj Sarkisyanın və onunla əlbir olanların iç üzünü açıb Avropaya, dünya ictimaiyyətinə göstərmək mümkün oldu. Təbii ki, istər Azərbaycan nümayəndə heyətinin, istərsə də, həmin nümayəndə heyətinin başçısı kimi Səməd Seyidovun bu fəaliyyəti erməniləri, onların beynəlxalq qurumlardakı, o cümlədən, AŞPA-dakı havadarlarını qıcıqlandırmaya, narahat etməyə bilməzdi". Z. Səmədzadənin dediyinə görə,  həmin dairələr hər vəchlə çalışırdılar ki, Azərbaycan nümayəndə heyətinə, Səməd Seyidova zərbə endirsinlər: "Çox-çox təəssüflər olsun ki, qanunların aliliyindən, onlara riayət olunmasından danışanlar, ermənipərəst dairələr bir müddət öncə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla bağlı çox haqsız və ədalətsiz qərar qəbul etdilər. Bu, elə bilirəm ki, həmin qurumun tarixində qara ləkə olaraq qalacaq. Bunu başqa adı, izahı ola bilməz. Ancaq atalarımızın gözəl bir deyimi də var ki, yalan ayaq tutar, amma yeriməz. Həmçinin, həqiqətin üzünü də uzun müddət pərdələmək olmaz. Çox sevindirici və əlamətdar haldır ki, nəhayət, AŞPA-dakı sağlam qüvvələr həqiqəti, gerçəyi anladılar və öz səhv yollarından döndülər, adıçəkilən qurumun hələ də davam edən növbəti yay sessiyasında Səməd Seyidovu yenidən AŞPA-nın vitse-prezidenti vəzifəsinə seçdilər. Bu, böyük uğurdur və həqiqətin etirafı, zəfəridir. Bu münasibətlə Səməd Seyidovu, Azərbaycan nümayəndə heyətini təbrik edirəm, Azərbaycan naminə fəaliyyətlərində uğurlar diləyirəm". Komitə sədri eyni zamanda, Azərbaycan nümayəndə heyətinin üzvü olan Elşad Həsənovun AŞPA-nın məruzəçisi, millət vəkilləri Qənirə Paşayeva ilə Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçilməsini də böyük uğur adlandırıb, onları da təbrik edib. Millət vəkili Azər Badamov da həmkarı kimi, S. Seyidovun yenidən AŞPA-nın vitse-prezidenti seçilməsini, ona növbəti dəfə etimad göstərilməsini müsbət hadisə adlandırıb. Qeyd edib ki, bu, həm də Azərbaycanın nüfuzunun göstəricisi, Azərbaycan həqiqətlərinin növbəti dəfə etirafıdır: "Səməd müəllimlə bağlı çox haqsız və ədalətsiz qərar verilmişdi. Ancaq çox yaxşı haldır ki, üstündən çox keçməmiş Avropa Şurasındakı sağlam məntiqli qüvvələr səhv yolda olduqlarını anladılar, xətalarını bir qədər də olsa, düzəltdilər. Bu, həm də həmin qurumdakı ermənipərəst dairələrə bir dərs, tərs sillə oldu. Odur ki, həm Səməd müəllimi, həm də yay sessiyasında məruzəçi və Qrup vitse-prezidentləri seçilmiş həmkarlarımı təbrik edirəm, onlara uğurlar arzulayıram".

 

Kamil HƏMZƏOĞLU