Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Şamaxının ən böyük mehmanxana kompleksi “Shamakhi Palace Sharadil” fəaliyyətə başladı

Bakı 05 iyun, 2018:İyunun 5-də KİV nümayəndələri və bloggerlər Dağlıq Şirvan bölgəsinin ən böyük və elit mehmanxana kompleksi –“Shamakhi Palace Sharadil” ilə yaxından tanış olublar. Otel rəhbərliyi xüsusi olaraq media nümayəndələri üçün press tur təşkil etmişdir.  Səfər zamanı qonaqlar mətbuat konfransında iştirak ediblər, daha sonraisə 5 ulduzlu otel ilə yaxından tanış olublar. Qonaqlara otelin yüksək xidmət və rahatlığından istifadə etmək imkanı yaradılmışdır.   İlk növbədə otelin daxili və xarici görünüşü memarlıq həlli ilə seçilir. Eyni zamanda oteldə klassikliyin və müasirliyin vəhdət təşkil etməsi hər kəsin diqqətini cəlb edir. “Shamakhi Palace Sharadil” qonaqlara dağların başına açılan heyranedici görüntüyə malik 6 mərtəbəli əsas binada yerləşən 102 möhtəşəm və olduqca rahat otaq və 18 kotec təklif edir.   Otelin standart kateqoriyalı otaqları dağlara və meşələrə açılan valehedici görüntüyə malik “Deluxe Garden” və “Deluxe Pool” apartamentləridir.Klassik və ekspansiv üslubda hazırlanmış 215 kv.m. lyuks “King Panorama Suite” isə öz genişliyi və gözəl təbiətə açılan 180 dərəcə panoraması ilə seçilir.  “Shamakhi Palace Sharadil” məşhur qonaqların qəbulu üçün isə qüsursuz bəzədilmiş üç “Presidential Suite” otağı təklif edir. 265 kv.m-lik bu nömrələr iri və geniş qonaq otaqları, iki yataq otağı, qarderob və barı ilə ən tələbkar müştərilərin tələblərinə belə cavab verir.  Oteldə qonaqlara gün boyu rahat və gümrahlıq hiss etməyə imkan verən SPA mərkəzi fəaliyyət göstərir. Burada qapalı və açıq hovuz, cakuzi, türk hamamı, sauna və ən əsası məşhur dünya brendlərindən, akkreditə olunmuş mütəxəssislər tərəfindən həyata keçirilən xüsusi SPA proseduralar təklif olunur.  Otelin maraqlı məkanlarından biri olan “Pegasus Night Club”da müasir musiqili tədbirlər, eksklüziv ziyafətlər və xüsusi bayramlar üçün mükəmməl şərait yaradılıb. “B&B Bar” isə bilyard və boulinq həvəskarlarına yüngül qəlyanaltılar və təravətləndirici içkilər təklif edir.  “Shamakhi Palace Sharadil”da həmçinin korporativ və ya irimiqyaslı konfransların keçirilməsi üçün  200 nəfəri yerləşdirəcək “Shamakhi Hall” var. 350 nəfəri yerləşdirəcək “Baku Ballroom” isə qala gecələrin və toyların keçirilməsi üçün ideal bir məkandır. Qonaqların qidalanması üçün isə “Shamakhi Palace Sharadil”in əsas restoranı olan “White Diamond”da səhərdən nahar vaxtına qədər İsveç masası açıq olur. “D`oro” restoranında isə müstəsna bir xidmət keyfiyyəti ilə italyan mətbəxindən fərqli yeməklər təqdim olunur.Otel binasına yaxın meşəlikdə yerləşən “Sharadil” restoranında isə Azərbaycan milli ət yeməklərinin və kababların zərif təamları təklif olunur.  Oteldə həmçinin qonaqlar üçün əyləncə mərkəzi də yaradılıb.  Burada qonaqları animasiya şouları, idman yarışları,canlı tamaşalar, eləcə də bir çox digər əyləncəli proqramlar gözləyir.  Açıq havada əyləncəni sevənləriotel ərazisindəki meşə massivində maraqlı yürüşlər, dağ velosipedi ilə səfərlər və stend atışlarıgözləyir. Uşaqlar üçün isə yeni uşaq meydançası qurulub.