Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Görkəmli alimin yubileyinə həsr olunmuş elmi-praktik konfrans

 

2018-ci il yanvarın 26-da Bakı Biznes Universitetində i.e.d., professor İslam İbrahimovun anadan olmasının 70 illik yubileyi ilə əlaqədar Bakı Biznes Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə “Milli iqtisadiyyatın perspektiv inkişafı üzrə Strateji Yol Xəritəsi: insan kapitalının formalaşmasının prioritet istiqamətləri” mövzusunda Respublika elmi-praktik konfrans, keçirilmişdir. 
Konfransı giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru, i.e.d., professor İbad Abbasov açmışdır. Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə yubilyarın həyatı və elmi fəaliyyəti barədə məruzə etmişdir. 
Sonra elmi-praktik konfransda AMEA-nın müxbir üzvü, i.e.d., professor Əli Nuriyev, Milli Məclisin deputatı Qənirə Paşayeva, Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, f.e.d., professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru, i.e.d., professor Rəsul Balayev və Prezident Aparatında Bələdiyyələrlə iş şöbəsinin referenti, i.ü.f.d. Əli Əkbərli çıxış etmişlər. Məruzəçilər İslam Hacı oğlu İbrahimovu bacarıqlı və böyük potensiala malik tədqiqatçı, iqtisad elminin inkişafına mühüm töhfələr verən, elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidmətləri olan, təhsildə, elmdə nəzəriyyə və praktikanı peşəkarcasına özündə birləşdirən iqtisadçı-alim kimi xarakterizə edərək yüksək qiymətləndirmiş, ona gələcək elmi fəaliyyətində uğurlar arzulamışlar.
Qeyd edək ki, elmi konfransın əsas məqsədi Azərbaycan Respublikasında “Milli iqtisadiyyatın perspektiv inkişafı üzrə Strateji Yol Xəritəsi: insan kapitalının formalaşmasının prioritet istiqamətləri”ni müəyyənləşdirmək, Azərbaycanda milli iqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsinə uyğun iqtisadiyyatın müxtəlif sahələrində və insan kapitalının mövcud durumu, formalaşması və inkişafını araşdırmaq, ölkənin aparıcı alimləri, mütəxəssisləri və digər maraqlı tərəflərini bir araya toplayaraq mövzu ətrafında müzakirələr təşkil etmək, mütərəqqi fikirləri paylaşmaq və ölkədə bu sahədə müsbət nəticələri və perspektivləri müəyyənləşdirməklə faydalanmaqdan və elmi-praktiki təkliflər hazırlamaqdan ibarətdir. Bazar münasibətləri şəraitində iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların ölkənin dayanıqlı inkişafı və mövcud ehtiyatlardan səmərəli istifadə olunması, regionlara rasional yanaşmağı yaxşılaşdırmaqdan və insan amillərindən asılı olduğunu nəzərə alaraq, respublika konfransının Bakı Biznes Universitetinin professor-müəllim heyəti və çoxsaylı tələbə kontingentinin iştirakı ilə Azərbaycan İqtisadçılar İttifaqı ilə birlikdə keçirilməsi məqsədəuyğun hesab edilir.