Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB **** “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır ****
Qəzetin çap variantları
6-12 dekabr 2018-ci il
49 (1044)
29 noyabr - 5 dekabr 2018-ci il
48 (1043)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Qəbələ - sağlam mühit” İctimai Birliyi Balakən rayonunda həyata keçirilən “Şəki-Zaqatala regionu üzrə ekoturizmin inkişafı məsələləri” adlı layihə çərçivəsində tədbir keçirib.

Nazirlikdən bildirilib ki, tədbirdə layihənin rəhbəri Seymur Əzəmmədov layihənin necə yaranması, məzmunu, əhəmiyyəti, əhatə dairəsi haqqında təlim iştirakçılarına ətraflı məlumat verib.

Qeyd olunub ki, ekoturizm iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır. Ekoturizmin cazibədarlığı xidmət sahələrinin durmadan genişlənməsində, qoyulan sərmayələrin qısa müddətdə özünü doğrultmasında və gəlirin konvertasiyası mümkün olan valyuta şəklində alınmasıdır.

Tədbirdə layihənin məqsəd və perspektivləri, vəzifələri haqqında iştirakçılara geniş məlumatlar verilib.

İştirakçılara layihə çərçivəsində nəşr edilmiş bukletlər, kitabçalar və üzərində Mədəniyyət və Turizm Nazirliyinin və “Qəbələ - sağlam mühit” İctimai Birliyinin loqoları əks olunmuş köynəklər paylanılıb.