Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Aprelin 1-də Bakıda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin (TBNM BA HŞB) İdarə Heyətinin və eyni zamanda təşkilatın ümumi yığıncağı keçirilib.

İdarə Heyətinin yığıncağında ““Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası” Hüquqi Şəxslər Birliyinə üzvlük haqqında müddəanın təsdiqlənməsi, TBNM-in inkişafı üzrə İşçi qrupu haqqında müddəanın təsdiqlənməsi, TBNM-in inkişafı üzrə ““TBNM” BA” HŞB-nin İşçi qrupunun tərkibinin təsdiqlənməsi, “TBNM” BA” HŞB işçilərinin əməkhaqlarına dair müddəanın təsdiqlənməsi haqda müzakirələr aparılıb.

İclasda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının Nizamnaməsi, İdarə Heyətinin yeni tərkibi, Beynəlxalq Assosiasiyanın fəaliyyətini tənzimləyən bir sıra normativ sənədlər və 2017-ci il üçün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının Tədbirlər Planı təsdiq edilib.

Həmçinin ““TBNM” BA” HŞB-nin 2017-ci il üçün tədbirlər planının təsdiqlənməsi, ümumi yığıncaqda isə Təsisçilərin ümumi məclisinin qərarıyla təsdiq edilmiş ““TBNM” BA” HŞB-nin Nizamnaməsinin qüvvədən düşməsi haqqında, ““TBNM” BA” HŞB-nin Nizamnaməsinin təsdiq edilməsi haqqında, “”TBNM” BA” HŞB-nin İdarə Heyətinin tərkibinə dəyişikliklər edilməsi haqqında, ““TBNM” BA” HŞB-nin Təftiş komissiyası haqqında müddəanın təsdiqlənməsi haqqında, ““TBNM” BA” HŞB-nin Təftiş komissiyasının tərkibinin təsdiqlənməsi haqqında, ““TBNM” BA” HŞB loqotipinin təsdiqlənməsi haqqında və digər məsələlər də yığıncaq zamanı müzakirə edilib.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Qazaxıstan Dəmir Yolu” Səhmdar Cəmiyyətinin prezidenti Kanat Alpısbayev və “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze iştirak edir.

Tədbirin sonunda müvafiq protokol imzalanıb.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları TBNM-ə qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır. TBNM tərəfindən bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, “bir pəncərə” prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə marşrut üzərindən daşınır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə "Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı" istiqamətində hərəkət edən ilk "Nomand ekspress" sınaq konteyner qatarı 2015-ci il avqustun 3-də yola salınıb.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən "Nomad Ekspress" qatarı orta hesabla 10-12 günə yükləri Çindən Avropaya çatdırır. Bu da marşrutun əsas üstünlüklərindən biridir. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və qatarların çatdırılma vaxtı qısalacaq.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutun üzrə daşımaların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensial mövcuddur.