Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

“Milli Kitabxananın nəzdində Milli Arxiv Fondu formalaşmalıdır. Azərbaycandakı bütün nəşriyyatlar tərəfindən buraxılan nəşr məhsullarının nüsxələri təmənnasız olaraq bu fonda təqdim edilməlidir”. Bu sözləri fevralın 28-də Milli Kitabxanada kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulması ilə əlaqədar nəşriyyat və poliqrafiya müəssisələrinin, jurnal və qəzet redaktorlarının iştirakı ilə keçirilən respublika müşavirəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O, bildirib ki, əsas məqsəd Milli Kitabxanada mətbu orqanların tarixinin və silsiləsinin yaradılmasından ibarətdir. Bu, bir xəzinə olmalıdır və bu xəzinəyə hər bir buraxılan nəşr daxil edilməlidir.
Nazir “Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” qanunlara əsasən Milli Kitabxananın ölkə ərazisində nəşr olunan kitablardan 4 nüsxə, qəzet və jurnallardan isə 2 pulsuz məcburi nüsxə almalı və onların əsasında milli mətbuatın arxiv fondunu yaratmalı olduğunu da qeyd edib. Milli Arxiv Fondunun yaradılması və bu işin təkmilləşdirilməsinin həmişə ölkə başçısının diqqət mərkəzində olduğunu deyən Ə.Qarayev Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə müvafiq Sərəncamından danışıb, məcəllədə kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına əlavələr olunduğunu söyləyib.
Nazirlik tərəfindən xüsusi komissiya yaradıldığını və komissiyanın nüsxələrin təqdim edilməsinə nəzarət etdiyini deyən nazir nüsxələri təqdim etməyənlər barədə inzibati xətalar haqqında müvafiq cərimələr tətbiq ediləcəyini də vurğulayıb. Birinci dəfə üçün cərimələr maddi olacaq. İkinci dəfədən isə artıq həmin nəşriyyata qarşı daha ciddi tədbirlər görüləcək. Çıxışının sonunda nazir kitabların nüsxələri ilə bərabər elektron formada da təqdim edilməsi təklifini irəli sürüb.Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mətbu orqan və kitabların gələcək nəsillərə çatdırılmasının vacibliyinə diqqət çəkərək, bu işdə çətinlik yaradan məsələlərdən biri kimi mətbəələrin sayının çox olmasını qeyd edib. O, həmçinin təklif edib ki, qəzetlər “Azərmətbuatyayımı” ASC-yə müraciət etsinlər və 10 nüsxə kitabxanalara göndərilsin. “Azərmətbuatyayımı” ilə əməkdaşlıq etməyənlər isə özləri təqdim etsinlər.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov isə çıxışında bildirib ki, Azərbaycanda çıxan bütün mətbu orqanların Milli Arxiv Fondunda toplanılmasına çalışılmalıdır. O, bir sıra ölkələrin arxivlərində olan Azərbaycana məxsus mətbu nəşrlərin nüsxələrinin ölkəmizə gətirilməsini də təklif edib.
Tədbirdə Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədr müavini Ələddin Əsədzadə, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də çıxış etmiş və öz təkliflərini səsləndirmişlər.
Sonda Milli Kitabxananın direktoru, professor Kərim Tahirov hər kəsə mətbu nəşr və materialların Milli Arxiv Fondunun yaradılmasına həsr edilən müşavirədə iştirakına və təkliflərə görə öz təşəkkürünü bildirmişdir.

Mətanət