Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Alimlərimizin elmi nəticələri beynəlxalq konfransda  müzakirə edilmişdir

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) Tektonofizika və Geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev və İqtisadiyyat İnstitutunun şöbə rəhbəri, Azərbaycan Universitetinin professoru, AMEA-nın müxbir üzvü Akif Musayev 2017-ci il 21-26 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində Amerika Fizika, İngiltərənin Kral Fizika Cəmiyyətlərinin və Şarjah Amerika Universitetinin birgə həyata keçirdiyi "Nəzəri və tətbiqi fizikanın ön cəbhəsi" (Frontiers in Theoretical and Applied Physics (FTAPS2017)) UAE 2017 Beynəlxalq konfransında iştirak ediblər.
Konfransda dünyanın 40-a yaxın ölkəsindən 500-ə yaxın alim və mütəxəssis fizikanın müasir istiqamətləri üzrə alınmış nəticələrini təqdim etmiş və müzakirələr aparmışlar. Akademik H.Quliyev fevral ayının 23-də Astrofizika seksiyasının Mars/Günəş sistemi bölməsində "Yerin bərk nüvəsi haqqında yenilik" mövzusunda şifahi məruzə ilə çıxış etmişdir. Onun "Aləmin əbədi dövranı paradiqması" mövzusun­da P81 saylı poster çıxışı fevral ayının 22-24 tarixlərində konfransın "Astrofizika, kosmos və planetlər fizikası" bölməsində təqdim edilmişdir. Məruzələr müəyyən marağa səbəb olub və mütəxəssislər tərəfindən dəstəklənibdir.
Alimlərimiz Almaniyanın Milli Metrologiya İnstitutunun prezidenti prof. Yoahim Ulrix, Amerikanın Nyu Mexiko Dövlət Universitetinin prof. Heinz Nakotte, Şarjah Amerika Universitetinin fizika fakültəsinin dekanı prof. Ali Alnaser, Rusiya Elmlər Akademiyasının Yüksək Enerji Elektron İnstitutunun prof. Viktor Tarasenko, Beyrut Ərəb Universitetinin dosenti Hanan Talal Rahal və digər görkəmli alimləri ilə müzakirələr aparıblar və gələcək işlər barəsində fikirlərini bölüşüblər. Müzakirələrdə müasir metrologiya sahəsində fiziki ölçmə vahidlərinin dəqiqləşdirilməsi və sənayenin müxtəlif sahələrində alınmış müsbət yeniliklərin iqtisadiyyatın müasir problemlərinin həl­lində is­tifadə oluna bilinməsi mə­sələlərinə daha geniş yer ayrılmışdır.
IOP Publishing şirkəti konfransın bir sıra iştirakçılarını, o cümlədən akademik H.Quliyevi bu nüfuzlu elm platformasına 6 ay müddətində pulsuz girişlə təmin etmişdir.