Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər **** Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb ****
Qəzetin çap variantları
21-27 fevral 2019-cu il
7 (1055)
14-20 fevral 2019-cu il
6 (1054)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Ötən gecə AZAL-ın xüsusi J2-5102 çarter reysi ilə Azərbaycanın Olimpiya komandası Rio-de-Janeyroya yola düşüb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, idmançıları aparan təyyarə saat 01:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb və yerli vaxtla bu gün saat 12:00-da Rio-de-Janeyro hava limanına enməsi gözlənilir. İdmançıların avqustun 23-ü Bakı vaxtilə saat 12:20-də Vətənə qayıtmaları planlaşdırılır.

AZAL Azərbaycan komandasının Rio-de-Janeyroya aparılması üçün geniş imkanlara malik “Airbus A340” təyyarəsi ayırıb. Komanda üzvlərinin, məşqçilərin və inzibati heyətin rahat uçuşu üçün hava gəmisində hər cür şərait yaradılıb. Həmin reyslə həmçinin Rio-de-Janeyroya lazımi idman və tibbi invertar da çatdırılacaq.

Azərbaycan Hava Yolları artıq birinci il deyil ki, Milli Olimpiya komandasının Olimpiya Oyunlarına çatdırılması ilə bağlı xidmət göstərir. Bundan əlavə, milli aviadaşıyıcı bu il Azərbaycanın Paralimpiya komandasının da baş sponsoru olub.

Rio-de-Janeyrodakı Yay Olimpiya Oyunları avqustun 5-dən 21-dək, Paralimpiya Oyunları isə bu il sentyabrın 7-dən 18-dək keçiriləcək.

https://www.youtube.com/watch?v=HtOFjgeuAc0