Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər **** Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb ****
Qəzetin çap variantları
21-27 fevral 2019-cu il
7 (1055)
14-20 fevral 2019-cu il
6 (1054)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Azərmarka" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəşr edilən "Şahmat üzrə Dünya Kuboku. Bakı-2015" adlı marka İtaliyada "Ayın ən orijinal markası" seçilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qalib jurnalın "UNIFICATO" adlı "Facebook" səhifəsində şəbəkə istifadəçiləri tərəfindən aparılan səsvermə nəticəsində müəyyənləşib.

"Aprel 2011 - aprel 2016: incəsənətin çapı ilə beş il" adı altında redaksiya tərəfindən sosial şəbəkədə aparılan müsabiqə zamanı əsas kriterilər ən keyfiyyətli və orijinal markanın müəyyən edilməsi ilə bağlı olub.

Səsvermənin nəticələri ilk olaraq, jurnalın "Facebook" səhifəsində yerləşdirilib.

Qeyd edək ki, 10 sentyabr - 5 oktyabr 2015-ci il tarixlərində Bakıda keçirilmiş Şahmat üzrə Dünya Kuboku yarışlarına həsr olunan markanın "Ayın ən orijinal markası" seçilməsi ilə bağlı məqalənin tam mətni "UNIFICATO" səhifəsi ilə yanaşı, jurnalın aprel sayında (l'arte del francobollo 57 aprile 2016) da yer alıb.

Məqalədə markanın planeti ideal təsvir etdiyi, həmçinin Qədim Bakıda yerləşən və Dünya kubokuna ev sahibliyi edən "Qız qalası"nın ətrafında dünyanın digər tarixi abidələrinin - İtaliyanın "Piza qülləsi", Fransanın "Eyfel qülləsi", Londonun "Biq Ben"-i, Rusiyanın Kreml qülləsi, Hindistanın "Ranqanatxi" məbədi, ABŞ-ın "Azadlıq heykəli"nin yer alması da vurğulanır.

Məlumat üçün bildirək ki, "Şahmat üzrə Dünya Kuboku. Bakı-2015" adlı markanın rəssamı Xasay Mirzəyevdir. Ofset üsulu ilə çap edilmiş markanın tirajı 5 min olub.