Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər **** Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb ****
Qəzetin çap variantları
21-27 fevral 2019-cu il
7 (1055)
14-20 fevral 2019-cu il
6 (1054)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

SOCAR və onun tərkibində fəaliyyət göstərən Bakı Ali Neft Məktəbi (BANM) Abu Dabi Neft İnstitutu ilə əməkdaşlığa hazırdır.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu fikirlər mayın 3-də şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun Abu Dabi Neft İnstitutunun prezidenti Tomas Con Qlas Hoçstetleri ilə keçirdiyi görüşdə səsləndirilib.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyasının qazandığı uğurlardan danışan X.Məmmədov SOCAR-ın fəaliyyəti, həyata keçirdiyi qlobal və regional əhəmiyyətli layihələr haqqında qonağa ətraflı məlumat verib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Bakı Ali Neft Məktəbinin 4 ildir ki, SOCAR-ın tərkibində fəaliyyət göstərdiyini söyləyən X.Məmmədov bu ali təhsil ocağının yaranma zərurətindən və əldə etdiyi uğurlardan söz açıb, BANM-in “Herriot Watt” universitetlər sistemi şəbəkəsində özünə yüksək mövqe qazandığını söyləyib. O, Məktəbin professor-müəllim heyəti tərəfindən yeni tipli və yüksək keyfiyyətli tədris proqramları və dərsliklər yaradıldığını vurğulayıb, BANM-in nəzəriyyə ilə təcrübənin vəhdətinə əsaslanan spesifik tədris üslubuna malik bir ali təhsil ocağı olduğunu bildirib.

Abu Dabi Neft İnstitutunun prezidenti Tomas Con Qlas Hoçstetleri rəhbərlik etdiyi universitetin 2000-ci ildən fəaliyyət göstərdiyini söyləyib və BANM ilə əməkdaşlıq perspektivlərindən söhbət açıb.

X.Məmmədov SOCAR-ın və onun tərkibində fəaliyyət göstərən BANM-in qarşılıqlı əməkdaşlığa hazır olduğunu qeyd edib.