Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Martın 3-də Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin iştirakı ilə Praqada “Azərbaycanda biznesin aparılması” başlıqlı seminar təşkil edilib.

Səfirlikdən verilən məlumata görə, seminarın keçirilməsində məqsəd Çexiya şirkətlərinin Azərbaycana sərmayə yatırması imkanlarının təşviq edilməsindən ibarət olub. Seminarda Çexiya Sənaye və Ticarət Nazirliyi, Çexiya İxracatın Zəmanəti və Sığortası Cəmiyyəti (EGAP) və digər dövlət qurumlarının nümayəndələri, habelə müxtəlif şirkətlərin təmsilçiləri iştirak ediblər.

Tədbirdə əsas natiqlər qismində F.Şəfiyev, Çexiya Sənaye və Ticarət Nazirliyinin Xarici iqtisadi siyasət bölməsinin rəhbəri Martin Pospişil, Çexiya Sənaye və Nəqliyyat Birliyinin vitse-prezidenti Radek Şpitsar, EGAP-ın nümayəndəsi Hana Hikelova və digərləri çıxış ediblər.

Səfir öz çıxışında ümumdünya iqtisadi böhran vəziyyəti və neft qiymətlərinin kəskin enməsi hallarına baxmayaraq, Azərbaycanın sabit şəkildə iqtisadi inkişafını davam etdirdiyini, biznes mühitinin yaxşılaşdırılması məqsədilə hökumətin həyata keçirdiyi tədbirlər, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində atdığı addımlar haqqında bəhs edib. F.Şəfiyev Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin yatırılmasının əhəmiyyətinə toxunub və yerli istehsal imkanlarının perspektivləri haqqında bəhs edib.

Seminarda Azərbaycanda fəaliyyət göstərən “Ekvita” vəkillər bürosunun nümayəndəsi Anar Kərimov “Azərbaycanda biznes mühitini tənzimləyən qanunvericilikdə yeniliklər” mövzusunda çıxış edib. O, ölkəmizdə biznesin aparılması və bununla əlaqədar hüquqi təminat haqqında tədbir iştirakçılarına məlumat verib.

Digər natiqlər öz çıxışlarında Azərbaycanda münbit sərmayə mühitinin formalaşması, ölkəmizin sabit inkişafı, MDB ölkələri arasında aparıcı iqtisadi göstəricilərə malik olması, Çexiya-Azərbaycan iqtisadi və biznes əlaqələrinin inkişafı haqqında məlumat veriblər.