Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Hesablama Palatasının Qobustan rayon İcra Hakimiyyətində apardığı yoxlama zamanı ciddi pozuntular aşkarlayıb.

Palatadan verilən məlumata görə, Qobustan Rayon İcra Hakimiyyəti (İH) tərəfindən dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsi zamanı xüsusi razılığa (lisenziyaya) malik olmayan podratçı təşkilatla satınalma müqaviləsi bağlanıldığını, bitum və yanacaq-sürtgü materiallarının qiymətlərinin artması ilə əlaqədar inşaat prosesində müqavilə məbləğinın müvafiq prosedur qaydalara riayət edilmədən artırıldığını, istismara qəbul edilən bir neçə obyektin müvafiq qaydada uçota alınmadığını və əsaslı vəsait qoyuluşu üzrə kreditor borcların balansda əks etdirilməyib.

Qobustan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Qobustan şəhərinin küçələrinin işıqlandırılması üçün ayrılmış vəsaitin təyinatı bəzi hallarda dəyişdirilib. İH tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması zamanı müvafiq qanunvericiliyin tələblərinə bir sıra hallarda riayət edilmədiyi, həmçinin məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə vəsaitin ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodu dəyişdirilməklə icra olunduğu, yolların əsaslı təmiri üzrə tenderə təqdim edilmiş qiymət cədvəlindəki iş vahidlərinin qiymətindən fərqli qiymətlər tətbiq edildiyini, yolların əsaslı təmiri işləri üzrə tərtib edilən qəbul aktlarında işlərin həyata keçirildiyi ünvanlar tam göstərilməyib.

Eyni zamanda, mal-material qiymətlərinin uçota alınması, yanacaq və ehtiyat hissələrinin silinməsi prosesində nöqsanlara yol verilib, bəzi hallarda fiziki şəxsə ödənilən icarə haqqından ödəmə mənbəyindən vergi tutulmayıb, İH və tabeliyindəki qurumlar tərəfindən maliyyə hesabatlarının qüvvədə olan müvafiq təlimatlara uyğun aparılmayıb.

Müəyyən olunmuş nöqsanların bir hissəsinin audit zamanı Qobustan Rayon İcra Hakimiyyəti tərəfindən aradan qaldırıldığını bildirərək podratçı təşkilatlarla satınalma müqavilələrinin bağlanılması və büdcə vəsaiti hesabına malların (iş və xidmətlərin) satın alınması zamanı bu sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə tam riayət olunmasına, başa çatmış obyektlərin vaxtında istismara qəbul edilərək müvafiq balans hesablarında düzgün uçota alınmasına nəzarətin gücləndirilməsi zəruri hesab edilib. Eyni zamanda büdcə vəsaitlərin təyinatının dəyişdirilməsinin normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilməsi, mühasibat uçotunun təşkili və aparılması ilə bağlı fəaliyyətin gücləndirilməsi məqsədəmüvafiq hesab olunub.

İclasda nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi qəbul olunub və nöqsanların aradan qaldırılması məqsədilə Qobustan Rayon İcra Hakimiyyətinə göndərilib, auditin nəticələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilib.