Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB **** “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır ****
Qəzetin çap variantları
6-12 dekabr 2018-ci il
49 (1044)
29 noyabr - 5 dekabr 2018-ci il
48 (1043)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Azərbaycan Respublikası Hesablama Palatası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) bəzi neqativ hallar aşkarlayıb.

Palatatadan  verilən məlumata görə, Hesablama Palatasının sədri V.Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti kollegiya iclasında Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) vergi qanunvericiliyinə riayət edilməsi vəziyyəti ilə bağlı həyata keçirilmiş nəzarət tədbirinin nəticələri müzakirə edilib. İclasda yoxlama qrupunun məruzəsi ilə yanaşı fəaliyyət istiqaməti üzrə məsul Auditorun auditin nəticələri üzrə məlumatı dinlənilib, Kollegiya Qərarının layihəsi müzakirə edilib.

Nəzarət tədbiri nəticəsində ƏVİ tərəfindən hesabat dövrləri ərzində bir sıra parametrlər üzrə proqnozların tam icra olunmadığı, bəzi hallarda vergi öhdəliklərinin dövlət büdcəsinə vaxtında və tam həcmdə cəlb olunmadığı, həmçinin vergi ödəyicilərinin dövlət büdcəsi qarşısında öhdəliklərinin könüllü bəyanetmə və ödəmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilib.

Nəzarət tədbirinin nəticələrini ümumiləşdirərək Auditor ƏVİ tərəfindən borcların artmasının qarşısının alınması məqsədilə vergi öhdəliklərinin dövlət büdcəsinə vaxtında və tam həcmdə cəlb olunması, aksiz vergisi üzrə potensial mənbələrin aşkar olunması üçün kompleks tədbirlərin görülməsi, fəaliyyətin son hədəfi kimi vergi ödəyicilərinin dövlət büdcəsi qarşısında öhdəliklərin könüllü bəyanetmə və ödəmə səviyyəsinin yüksəldilməsi istiqamətində inzibatçılığın daha da gücləndirilməsini zəruri hesab edib.

Eyni zamanda, qabaqlayıcı tədbirlər çərçivəsində borcların təminatı kimi xüsusilə iri dövriyyələri olan vergi ödəyicilərinin istehsal güclərini təmin edən əsas vəsaitlərinin və digər maddi qiymətlilərinin maliyyə (vergi) hesabatlarında vaxtında və tam həcmdə əks etdirilməsi, həmçinin fəaliyyətləri mənfəətlə nəticələnən vergi ödəyicilərinin illər üzrə rentabellik səviyyəsinin azalması hallarının əsas səbəblərinin müəyyənləşdirilməsi tövsiyə olunub.

İclasda Kollegiya Qərarının layihəsi müzakirə edilərək qəbul olunub. Qərarın surəti auditin nəticələri üzrə aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinə göndərilmiş, auditin nəticələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilib.