Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən aparılan araşdırmalar zamanı Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən və Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən bitki mühafizəsi üçün pestisidlərin satış mağazalarında Fransa istehsalı olan “Kurzat” adı altında preparatların satıldığı aşkar edilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən məlumat verilib.

Bununla əlaqədar hər iki mağazada “Kurzat” preparatı adı ilə satılan mallardan nümunə götürülərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin Pestisdlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinin təyini laboratoriyasında yoxlanılıb.

Laboratoriya analizinin nəticələrinə əsasən mağazadan götürülən “Kurzat” preparatında təsiredici maddənin (misxloroksid) miqdarı normadan aşağı olduğu, yəni saxtalaşdırıldığı müəyyən edilib.

Qeyd olunan hallar üzrə fitosanitar qanunvericiliyin tələblərinin pozulması ilə bağlı toplanmış ilkin materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.