Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər **** Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb ****
Qəzetin çap variantları
21-27 fevral 2019-cu il
7 (1055)
14-20 fevral 2019-cu il
6 (1054)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Dübəndi neft-yığım məntəqəsinin 11 nömrəli əmtəə çənləri parkında avtomatlaşdırılmış köpüklə yanğınsöndürmə sistemi istifadəyə verilib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu sistem çənlər parkındakı 8 ədəd hərəsi 5 min kubmetr həcmində olan neft rezervuarının yeni texniki şərtlər əsasında mərkəzləşdirilmiş qaydada idarə edilməsinə və parka kompyuter sistemi ilə nəzarət olunmasına imkan verir. Layihə üzrə Dübəndi sahəsində 1000 kubmetr həcmində su tutumu, köpük məhlulu yaratmaq üçün 2 ədəd 100 kubmetrlik çən, 100 kubmetrlik su çəni üçün postament, yanğın əleyhinə nasosxana, operator otağı tikilmiş, su və köpük üçün boru kəmərləri çəkilib. Bundan başqa, müxtəlif nasoslar, bak dozator, nəzarət ölçü cihazları və avtomatika avadanlıqları, dizel generatoru, avtomatik idarəetmə sistemi quraşdırılıb, xarici işıqlandırma və elektrik işləri yerinə yetirilib.

“Azneft” İstehsalat Birliyi istehsal proseslərinə nəzarətin təkmilləşdirilməsi, müasir idarəetmə sistemlərinin tətbiqinin genişləndirilməsi məqsədilə balansındakı əmtəə çənlərinin təhlükəsiz istismarını təmin etmək üçün yanğınların qarşısının alınması zamanı avtomatlaşdırılmış sistemlərin quraşdırılmasına böyük önəm verir.