Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər **** Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb ****
Qəzetin çap variantları
21-27 fevral 2019-cu il
7 (1055)
14-20 fevral 2019-cu il
6 (1054)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

“Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə vətəndaşlar bir sıra arayışları elektron formada əldə edir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu gün vətəndaşların ən çox müraciət etdiyi sosial xidmət “Yaşayış yeri haqqında arayış”ın əldə olunmasıdır. Bu arayışı portal üzərindən təqdim olunan “Yaşayış yeri haqqında arayış” xidmətindən istifadə etməklə heç bir yerə müraciət etmədən, növbə gözləmədən və vaxt itkisinə yol vermədən internet üzərindən əldə etmək mümkündür. Sözügedən arayışdan ötən ilin dekabr ayı ərzində 2528 dəfə istifadə olunub.

Hazırda "Elektron hökumət" portalı üzərindən 12 adda arayışı elektron şəkildə əldə etmək mümkündür: vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi; iş yerindən arayış; ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında arayış; ümumtəhsil məktəb şagirdlərinin təhsil aldıqları yer haqqında arayış; rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış; şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış; diplom haqqında arayış; yaşayış yeri haqqında arayış; vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış; "Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"nə dair abonentə aid məlumatların verilməsi xidməti; il ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış; turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışlar.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”ya əsasən işlənib hazırlanıb və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilən fəaliyyəti nəzərdə tutur.

“E-hökumət” layihəsi vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə, “Bir pəncərə” prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsinə şərait yaradır.