Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Ötən il Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, birinci yeri “PAŞA Sığorta” şirkəti tutub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-a verilən məlumata görə, şirkət 64,8 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerlərdə qərarlaşmış “PAŞA Həyat Sığorta”nın yığımları 54,5 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 43,5 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Azərsığorta” (41,4 milyon manat) və “Atəşgah Həyat Sığorta” (39,1 milyon manat) şirkətləri tamamlayırlar. Ümumilikdə bazarın 55 faizi ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 243 milyon manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Başak İnam” (1 milyon manat) “Amrah Sığorta” (886 min manat), “Azərqarant” (300 min manat), “Qala Sığorta” (80 min manat) və “Günay Sığorta” (62 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 2,3 milyon manat olub və ümumi sığorta yığımlarının 0,5 faizini təşkil edib.

Lisenziyası 2014-cü ilin dekabrında dayandırılmış, 2015-ci ilin iyununda isə ləğv edilmiş “Era-Trans” sığorta şirkəti təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə 27 sığorta şirkətindən 1-də sığorta haqlarının məbləği 60 milyon manatdan çox, 1-də 50 milyon manatdan çox, 2 şirkətdə 40 milyon manatdan çox, 2 şirkətdə 30 milyon manatdan çox, 1 şirkətdə 20 milyon manatdan çox, 9 şirkətdə 10 milyon manatdan çox, 6 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 1 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 8-də sığorta haqlarının artımı, 19-da isə azalması baş verib.

Sığorta ödənişlərinin məbləğinə görə də birinci yerdə “PAŞA Sığorta” şirkətidir – 29,9 milyon manat. Sonrakı yerləri tutmuş “Atəşgah Həyat Sığorta”nın ödənişləri 18,2 milyon manat, “Qala Həyat Sığorta”nın ödənişləri isə 17,6 milyon manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “PAŞA Həyat Sığorta” (16,3 milyon manat) və “Azərsığorta” (13,2 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 54 faizi ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 98 milyon manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (183 min manat), “Günay Sığorta” (97 min manat), “Qala Sığorta” (53 min manat) və “Azərqarant” (3 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 336 min manat olub ki, bu da ödənişlərin 0,2 faizini təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 1-də ödənişlərin məbləği 20 milyon manatdan çox, 6-da 10 milyon manatdan çox, 4-də 5 milyon manatdan çox, 9-da 1 milyon manatdan 5 milyon manata qədər, 3 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 1 şirkətdə 100 min manatdan 500 min manata qədər, 3 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.