Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Fərdi  jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb

 

Dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, həmçinin, ikinci və üçüncü yerlərə layiq görülmüş media nümayəndələri mükafatlandırılıblar.

Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının üzvləri, habelə ölkənin 50-dən çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.

Fondun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq yekunlaşmaqda olan 2015-ci ilin ölkə mediası üçün bir sıra əlamətdar hadisələrlə yaddaqalan olduğunu, milli mətbuatın yaranmasının 140 illik yubileyinin paytaxt Bakıda, regionlarda təntənəli şəkildə qeyd edildiyini, ölkə başçısının müvafiq sərəncamları ilə 200-dək jurnalistin fəxri adlarla təltif edildiyini, habelə son parlament seçkilərində tanınmış KİV nümayəndələrinin Milli Məclisə üzv seçildiklərini diqqətə çatdırıb.

İl ərzində ölkədə fikir, söz və mətbuat azadlıqlarının genişləndirilməsinə xidmət edən islahatların davam etdirildiyini deyən icraçı direktor Fondun təşkil etdiyi yazı müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi qeyd edib.

Vüqar Səfərli bildirib ki, Fond 2009-2015-ci illərdə keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinin yazılarını kitab şəklində nəşr etdirib. "Sözün zirvəsində" adlı ilk kitaba ən yaxşı 100 yazının daxil edildiyini deyən icraçı direktor bu ənənənin qarşıdakı illərdə də davam etdiriləcəyini vurğulayıb.

İcraçı direktor Fondun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə noyabrın 13-dən dekabrın 15-dək KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 60 kütləvi informasiya vasitəsindən 156 yazının təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini bildirib. V.Səfərli Fondun Müşahidə Şurasının 22 dekabr 2015-ci il tarixli iclasında ekspertlərin yekun balları əsasında 113 nəfər jurnalistin qalib elan edildiyini vurğulayıb. Müsabiqənin şərtlərinə əsasən, I yerlərin qaliblərinə 500, II yerlərin qaliblərinə 400 manat, III yerlərin qaliblərinə 300 manat mükafatın verilməsi nəzərdə tutulub.

Fondun ekspertlərindən - "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev çıxış edərək əvvəlki müsabiqələrlə müqayisədə sonuncu müsabiqəyə təqdim edilmiş yazıların keyfiyyətinin yüksəldiyini bildiriblər. Ekspertlər çıxışlarında ölkə jurnalistlərinə Fondun təşkil etdiyi müsabiqələrə daha yaradıcı yanaşmağı, tədqiqatlara və analitik mövzulara, eləcə də fərdi və orijinal yazı üslubuna üstünlük verməyi tövsiyə ediblər.

Sonda müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırılan jurnalistlər arasında “İqtisadiyyat” qəzetinin müxbiri Mətanət Hüseynova da “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda yazısı ilə 3-cü yerə layiq görülmüşdür.

Tədbirə yekun vuran Vüqar Səfərli media nümayəndələrini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib, onları Fondun keçirdiyi müsabiqələrdə daha da fəal iştirak etməyə çağırıb.