Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Noyabrın 28-da Bakıda “Dərbənd” xeyriyyə cəmiyyəti ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirib.

“Dərbənd” xeyriyyə cəmiyyəti sədrinin birinci müavini Nurulla Əliyev tədbirdə geniş məruzə ilə çıxış edib. Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açan N.Əliyev Ulu Öndərin Azərbaycan və Dağıstan xalqları arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, məhz bu dahi şəxsiyyətin səyləri nəticəsində xalqlarımız arasında bütün sahələrdə əlaqələr daha da möhkəmlənib. Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində hər iki respublikada ziyalıların, alimlərin görüşlərinin keçirilməsi, tanınmış şəxslərin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi bunun əyani göstəricisidir. Qafqaz xalqları qarşısında əvəzsiz xidmətləri olan iki dahi şəxsiyyətin - böyük sərkərdə Şeyx Şamilin və iki xalqın böyük oğlu adlandırılan görkəmli dövlət xadimi Əziz Əliyevin yubileylərinin həm Azərbaycanda, həm də Dağıstanda dövlət səviyyəsində qeyd olunmasında ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Məhz bu diqqətin nəticəsidir ki, son illərdə hər iki respublika arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələr sürətlə inkişaf edir. Dərbənd şəhərinin 2000 illik yubiley tədbirlərində Azərbaycandan geniş tərkibli nümayəndə heyətinin iştirakı, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun Mahaçqala şəhərində görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsinin ucaldılmasına dair imzaladığı sərəncam, Prezident İlham Əliyevin Sərəncamı ilə Dərbənddə mədəni obyektlərin yenidən qurulmasına vəsait ayrılması, Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil müəssisələrinin binalarının əsaslı təmiri və yenidən qurulması və s. faktlar hər iki respublika arasında əlaqələrin inkişafının bariz nümunəsidir.

N.Əliyev bildirib ki, 1994-cü ildə əslən Dərbənddən olan Bakı ziyalılarının təşəbbüsü ilə “Dərbənd” xeyriyyə cəmiyyəti təsis olunub. Hazırda Cəmiyyətin mindən çox üzvü var. “Dərbənd” cəmiyyəti Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafına öz töhfəsini verməyə çalışır. Cəmiyyət Qarabağ müharibəsi zamanı doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimiz üçün Dərbənd şəhərindən humanitar yardım göndərilməsini təşkil edib.

N.Əliyev vurğulayıb ki, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən “Dərbənd” Cəmiyyəti müntəzəm olaraq müxtəlif tədbirlər, görüşlər keçirir, həmyerlilərimizin vəziyyəti ilə maraqlanır. Təşkilat Dərbənddəki məktəblərdə Azərbaycan dilinin tədrisində, Dərbəndin tarixinin və mədəniyyətinin təbliğində fəallığı ilə seçilir. Tez-tez mətbuatda da çıxış edən qurumun üzvləri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasəti fəal dəstəkləyir, ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, respublikamızın inkişafı üçün səylərini əsirgəmirlər.

Qeyd edilib ki, bu gün Azərbaycan-Dağıstan münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyev kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bu əlaqələrin əsasını təşkil edən tolerant yaşam tərzinin cəmiyyətdə qorunub saxlanmasına xüsusi diqqət yetirir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında multikulturalizmi və tolerantlığı dövlət siyasətinin prioritet istiqaməti və cəmiyyətimizin həyat tərzi kimi səciyyələndirib. Azərbaycanın multikulturalizm və tolerantlıq məsələləri ilə bağlı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bütün dünyanın diqqətini müxtəlif dinlərin və millətlərin nümayəndələrinin əsrlərdir dinc, yanaşı yaşadığı ölkəmizə yönəldib.

Cəmiyyətin üzvləri Ələkbər Əliyev, Rafiq Rəhimov, Füzuli Cəfərov, Həci Əhmədov və digərləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin və əmin-amanlığın bərqərar olduğunu, respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğunu bildiriblər. Natiqlər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi inkişafından, ölkəmizdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıblar.

Qeyd edilib ki, “Dərbənd” xeyriyyə cəmiyyəti yarandığı gündən daim dövlətçilik mövqeyindən çıxış edib. Azərbaycan tolerantlıq baxımından dünyada nümunədir. Ölkəmizdə müxtəlif dinlərin, millətlərin nümayəndələri əsrlərdir mehribanlıq şəraitində yaşayırlar. Çıxış edənlər Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafında mühüm layihələr həyata keçirən Heydər Əliyevin Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıblar.

Sonra ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə, habelə Azərbaycan və Dağıstan xalqları arasında münasibətlərə həsr olunan filmlər nümayiş etdirilib.

Sonda cəmiyyətin üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevə və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət qəbul olunub.

Daha sonra “Dərbənd” cəmiyyətinin plenumu keçirilib. Plenumda təşkilati işlər müzakirə olunub.