Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşüb.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə QMİ sədri A.Paşazadə Azərbaycan ilə nüfuzlu beynəlxalq təşkilat olan ISESCO arasında mövcud yüksək səviyyəli əlaqələrin inkişafından danışıb. Bu işdə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin xüsusi əməyinin olduğunu vurğulayan QMİ sədri əlaqələrin dərinləşməsinin həm Azərbaycan, həm də bütün islam birliyi üçün böyük əhəmiyyət daşıdığını bildirib. Dini-mənəvi irsimizin qorunması yönündə gördüyü işlərə görə ISESCO rəhbərinə dərin minnətdarlığını bildirən şeyxülislam A.Paşazadə Heydər Əliyev Fondunun prezidenti UNESCO-nun və ISESCO-nun xoşməramli səfiri Mehriban Əliyevanın bu qurumla səmərəli, məhsuldar əməkdaşlığının xüsusilə əhəmiyyəti olduğunu diqqətə çatdırıb.

Azərbaycanda ISESCO xətti ilə keçirilən irimiqyaslı tədbirlərin bu istiqamətdə xüsusi önəm kəsb etdiyini bildirən A.Paşazadə Əbdüləziz Osman əl-Tuveycrinin Azərbaycana hər gəlişində QMİ sədri ilə görüşməsini yüksək dəyərləndirib. Azərbaycandakı tolerantlığın xalqımız üçün həyat norması olduğunu bildirən şeyxülislam ölkəmizdə dini-mənəvi mühitin sağlamlaşdırılması istiqamətində görülən işlər, dini irsə dövlət səviyyəsində diqqət və qayğı barədə danışıb. Şeyxülislam bildirib ki, Azərbaycan islam dünyasının ayrılmaz tərkib hissəsidir və dinimizin dəyərlərinə, ümumbəşəri multikulturalizm ideyalarına hər zaman böyük ehtiram və qayğı ilə yanaşan dünyəvi dövlət modeli kimi təqdirəlayiq nümunədir.

QMİ sədri ISESCO-nun Bakıda keçirilən Baş konfransının XII sessiyasının işinə uğurlar arzulayıb.

Səmimi qardaşlıq görüşünə görə təşəkkürünü bildirən ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri şeyxülislam A.Paşazadənin islam dünyasında nüfuzlu şəxsiyyət kimi dəyərləndirildiyini deyib. Azərbaycanda dövlət-din münasibətlərinin səviyyəsinin, dini-mənəvi irsə nümunəvi münasibətin ISESCO tərəfindən hər zaman məmnunluqla qarşılandığını qeyd edən Əbdüləziz Osman əl-Tuveycri ölkəmizin islami dəyərlərə və multikulturalizm ideyalarına sadiqliyinin və bunun dövlət səviyyəsində dəstəklənməsinin mühüm əhəmiyyəti olduğunu vurğulayıb.