Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

ABŞ şirkətləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz sərmayə qoymamalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycan-ABŞ işgüzar görüşü zamanı deyib.

Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdıran Sahil Babayev 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin salındığını bildirib.

“Ermənistan xarici şirkətləri işğal etdiyi Azərbaycan ərazilərinə dəvət edərək onları sərmayə qoymağa təhrik edir. Şirkətlər sərmayə qoymasa belə Ermənistan tərəfi xarici şirkətlərin bu əraziyə gəlməsini sərmayə qoymaqda maraqlı olması kimi qələmə verir. ABŞ şirkətləri Azərbaycan ərazilərində qanunsuz fəaliyyətdən uzaq olmalıdırlar və işğal olunmuş ərazilərə sərmayə qoymamalıdırlar”, - deyə nazir müavini söyləyib.