Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən respublikada Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə başlanılıb.

Komitədən AZƏRTAC-a bildirilib ki, təyinatından və mülkiyyət növündən asılı olmayaraq, ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotuna alınması, ərazilərin rəqəmsal xəritələrinin hazırlanması, avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemi, mükəmməl torpaq bankının yaradılması təmin edilir. Bu işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib. Yeni texnologiyaların istehsalata tətbiqi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması ilə bağlı tədbirlər həyata keçirilir.

Bakı və Sumqayıt şəhərlərinin kadastr tarixlərində ilk dəfə olaraq, hər iki şəhərin müfəssəl elektron kadastr məlumat bazası yaradılıb, onların rəqəmsal kadastr xəritələri tərtib edilib. Bu bazada hər bir torpaq parseli, onların üzərindəki tikili barədə müfəssəl məlumatlar toplanıb. Burada hər iki şəhər üzrə bütün daşınmaz əmlak obyektləri barədə məlumatlar, torpağın sahəsi və ölçüləri, kommunikasiya xətləri, mühafizə zonaları, torpağın yerləşmə vəziyyətini göstərən koordinatları, təyinatı, üzərindəki tikilini xarakterizə edən göstəricilər əks olunur. Bu göstəricilərə tikilinin balans saxlayıcısı, kommunal-təchizat vəziyyəti, mərtəbəliliyi, hər bir mənzilin texniki pasportuna dair məlumatları, istismar ili, ünvanı və s. aiddir. Hazırda Gəncə şəhərində və Şəki rayonunda da bu işlər görülür və 2016-cı ilin birinci yarımilliyində bu ərazilər üçün də mükəmməl kadastr işi hazır olacaq.. Ölkənin 53 rayon mərkəzinin ərazilərinin də torpaq uçotu işinə başlanılıb. Bu layihə çərçivəsində yaxın 2 il ərzində daha 130 min hektar ərazidəki torpaqlar və onlar üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr işi yekunlaşacaq.

Bu işlərlə yanaşı, kənd təsərrüfatı təyinatlı torpaqlarda da torpaq uçotu işinə başlanılıb.

Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayacaq. Sistem geoməkan infrastrukturunun inkişafını, bu sahədə dövlət və biznes qurumlarının qarşılıqlı, səmərəli və şəffaf əlaqəsini təmin edəcək.

Ölkənin 4 milyon hektar ərazisini əhatə edən ortofotomaterialların rəqəmsallaşdırılması işi müvəffəqiyyətlə icra olunmaqdadır və bu iş yaxın 4 ayda başa çatacaq.

Torpaqların elektron kadastr uçotu sisteminin yaradılması məqsədilə, komitə tərəfindən böyük əraziləri özündə cəmləşdirən sahələrdə torpaq tədqiqatı, örüş və biçənək sahələrinin tədqiqi işləri aparılır, rayonların Rəqəmsal Torpaq Xəritələri tərtib edilir.

Torpaq uçotu işləri yekunlaşmış Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə hazırlıq gedir.

Komitə tərəfindən davamlı olaraq inzibati ərazi vahidlərinin və inzibati ərazi dairələrinin sərhədlərinin müəyyənləşdirilməsi işi aparılır.

Uçot Sisteminin proqram təminatının yaradılması işinə başlanılıb və bu işin yaxın 8 ayda yekunlaşdırılması nəzərdə tutulub.

Komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2020-ci ilədək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sistemini yaratmaqdan, pay torpaqlarının kadastr göstəriciləri ilə onların yerdəki faktiki kadastr göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılmasına nail olmaqdan ibarətdir.

Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması nəticəsində torpaqların sənədlərindəki göstəriciləri ilə faktiki yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq. Kadastr xəritələri ilə bağlı problemlər həllini tapacaq. Torpaq ehtiyatlarının idarə edilməsinin dövlət mexanizmi təkmilləşəcək, dövlət nəzarəti daha effektiv həyata keçiriləcək. Ölkədə torpaq bazarının stimullaşdırılması, şəffaf fəaliyyəti, qeyri-kənd təsərrüfatı torpaqlarının kənd təsərrüfatına cəlb olunması məsələlərində informasiya bazası rolunu oynayacaq. Torpaq bazarının bu Sistemlə tənzimlənməsi icarəyə götürülmüş, lakin istifadə olunmayan hektarlarla torpaqların aşkarlanmasına və istifadəyə verilməsinə şərait yaradacaq.

Bundan əlavə, Sistem respublikada torpaqların təyinatı, istifadə növü üzrə dəqiq kadastr uçotunun aparılmasını, daşınmaz əmlakın qeydiyyatı işinin sadələşməsini təmin edəcək. Torpaq sahəsinə dair “plan-ölçü” sənədinin gələcəkdə elektron xidmət vasitəsilə verilməsinə, əmlak vergisinin təyini və toplanması işinin təkmilləşməsinə və digər mühüm məsələlərin həllinə səbəb olacaq.