Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu (AKB) növbəti dəfə M&I Forumunda iştirak edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Qlobal Görüşlər Sənayesi bazarının ən nüfuzlu və aparıcı üzvlərini bir araya gətirən M&I Şərqi Avropa, Körfəz və Hindistan Forumu noyabrın 22-dən 26-dək Avstriyanın Vyana şəhərində baş tutacaq.

Tədbirdə AKB-ni beynəlxalq satış və marketinq üzrə menecer Ayan Zeynalova təmsil edəcək. Bu beynəlxalq əhəmiyyətli forum çərçivəsində büro peşəkar alıcılarla 100-ə yaxın görüş keçirmək imkanını qazanacaq.

Dörd günlük forum dünyanın müxtəlif ölkələrindən 150 alıcı və 70 təchizatçını bir araya gətirəcək ki, iştirakçılar arasında ümumilikdə 4000-ə qədər görüşün keçirilməsi nəzərdə tutulub.

M&I Şərqi Avropa Forumu Azərbaycan üçün alıcılarla, xüsusi olaraq Rusiya və Şərqi Avropa bazarlarının təmsilçiləri ilə güclü əlaqələrin qurulması baxımından əhəmiyyətlidir.

M&I Forumları Görüşlər Sənayesi bazarı iştirakçılarına ixtisaslı alıcılar ilə əlaqə yaratmağa və təkbətək görüş və iclasların keçirilməsinə imkan verir. Forum çərçivəsində xüsusi seminar və qruplar fəaliyyət göstərir ki, bu da iştirakçılar arasında səmərəli və möhkəm əlaqələrin qurulmasına yardımçı olur.