Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkiləri ölkənin demokratik inkişafı yolunda növbəti uğur kimi beynəlxalq ictimaiyyətin və xarici medianın da diqqətini çəkdi. Bir çox beynəlxalq müşahidəçilər və əcnəbi jurnalistlər bəzi cəhətlərinə görə Azərbaycandakı seçkilərin nümunə ola biləcəyini qeyd etdilər. Görünür elə bu səbəbdəndir ki, Azərbaycanı davamlı şəkildə əsassız tənqid edən xarici dairələr arqument tapmadıqlarına görə mövcud reallıqla barışmaq məcburiyyətində qaldılar.

Azərbaycanda parlament seçkilərini 66 min yerli və 40 təşkilatdan 503 beynəlxalq müşahidəçi izlədi ki, bu da seçkilərə beynəlxalq miqyasda olan marağın təzahürü idi. İsrailin “Birinci radio”sunun baş redaktoru Vlad Zernitski Bakıdan qayıdandan sonra şəxsən müşahidə etdiyi seçkilər haqqında bildirib ki, Azərbaycanda seçkilər mütləq mənada demokratik və şəffaf keçirilib. O deyib: “Müşahidəçi kimi altı seçki məntəqəsində oldum. Hər şey o dərəcədə dürüst və rahat təşkil olunmuşdu ki, məndə heç bir sual yaranmadı”.

Ümumiyyətlə, seçkiləri izləyən israilli müşahidəçilər və jurnalistlər seçki prosesinin nümunəvi xarakterini xüsusi olaraq dəyərləndiriblər. İsrailin nüfuzlu nəşrlərindən olan “Jerusalim Post”, “Yediot Ahronot” və “Maarif” qəzetləri, ölkənin rusdilli “İzrus” portalı və “Birinci radio”su seçki prosesi haqqında çoxsaylı müsbət şərhlər veriblər.

İsrail parlamentinin nümayəndə heyətinə rəhbərlik edən tanınmış siyasətçi, “Bizim evimiz İsraildir” Partiyasının rəhbəri Aviqdor Liberman Azərbaycandakı seçkiləri müşahidə edərək deyib ki, seçkilər sabit keçib, hər hansı qanun pozuntusu müşahidə edilməyib. Liberman seçici fəallığını müşahidə etdiyini, seçki orqanlarının fəaliyyətini və təşkilatçılığı yüksək qiymətləndirdiyini vurğulayıb.

Seçkiləri müşahidə edən “Cəmiyyət üçün layihələr” adlı QHT-nin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut qeyd edib ki, bəzi xarici dairələr tərəfindən təzyiqlərə baxmayaraq, Azərbaycan bu seçkiləri yüksək səviyyədə keçirdi. ABŞ-da və Avropada olan bəzi dairələr Azərbaycanın yürütdüyü siyasəti anlamır. Azərbaycan öz uğurlu siyasətini davam etdirməkdə qətiyyətlidir.

Bu parlament seçkilərinin Azərbaycanın demokratik inkişafı istiqamətində atılan növbəti addım olduğunu vurğulayan Arye Qut deyib: “İnsanların seçkilərdə çox maraqlı olduğunu müşahidə etdik. Siyasi partiyaların nümayəndələri ilə danışdıq, onlar da seçkilərin gedişindən razı qaldıqlarını bildirdilər”.

İsrailin “89.1FM Birinci radio”sunun baş redaktoru Vlad Zernitski həm də Azərbaycanın seçki qanunvericiliyini yüksək qiymətləndirərək deyib: “Elektoral qanunvericiliyə uyğun olaraq Azərbaycanda polis işçiləri seçki məntəqəsindən 100 metr məsafədə olmalıdırlar. İsrail dövlətində belə qayda yoxdur. Bu fakt həqiqətən seçicilərdə gərginlik hissi yaranmasına imkan vermir. Vətəndaşlar seçkilərə təbəssümlə gəlirdilər. Psixoloji baxımdan bu o deməkdir ki, onlar seçkilərə könüllü gəlir və şüurlu şəkildə seçim edirlər”. Baş redaktorun fikrincə, İslam aləmində ən dünyəvi, ən azad ölkə olan Azərbaycana münasibətdə ABŞ və Qərb tərəfindən ikili standartlar siyasəti yürüdülməsi təəssüf doğurur. O deyib: “Mən bu gözəl ölkəni gördüm və duydum, səsvermə məntəqələrinə gələn insanlarla sıx ünsiyyətdə oldum. Onlar bu ölkədəki mövcud sabitliyi yüksək dəyərləndirirlər”.

Ümumiyyətlə, dünyanın müxtəlif regionlarını, ayrı-ayrı siyasi mədəniyyətləri təmsil edən insanların səsləndirdikləri fikirlər əsasında demək olar ki, noyabrın 1-də keçirilmiş seçkilər kifayət qədər yüksək texniki hazırlıq və demokratik normalar şəraitində baş tutub. Bu, həm də ondan xəbər verir ki, Azərbaycanda seçki mədəniyyəti, siyasi mədəniyyət gündən-günə təkmilləşir və keçirilən parlament seçkiləri ölkəmizdəki siyasi plüralizmin, demokratik normaların daha da dərinləşdiyindən, dönməz xarakter aldığından xəbər verir.