Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

İran Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq uğurla inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin noyabrın 16-da Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda deyib.

"Bugünkü biznes forum hər iki ölkənin iş adamları üçün yaxşı fürsətdir. Belə ki, bu tədbir ölkələrimiz arasında iqtisadi əlaqələrin dərinləşməsinə, iş adamları arasında yeni əməkdaşlıq istiqamətlərinin inkişafına öz töhfəsini verəcək. Noyabrın 17-dən 19-dək "Bakı Ekspo" mərkəzində "İran Project 2015" ilk ixtisaslaşmış sərgi keçiriləcək. Mən azərbaycanlı iş adamlarını həmin sərgidə iştiraka dəvət edirəm və ümid edirəm ki, bu sərgi onlara iranlı həmkarları ilə yaxından tanış olmaq və əlaqələrini genişləndirmək üçün yaxşı fürsət olacaq", - deyə səfir qeyd edib.

Diplomat, həmçinin azərbaycanlı iş adamlarını İranın Gilan vilayətində reallaşdırılan layihələrdə iştiraka dəvət edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verib. R.Məmmədov deyib ki, son on ildə Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox, investisiyaların həcmi 6,5 dəfə artıb, yoxsulluğun səviyyəsi 8 dəfədən çox azalıb. Azərbaycan iqtisadiyyatının 70 faizdən çoxu qeyri-neft sektorunda, ümumi daxili məhsulun 80 faizdən çoxu özəl sektor tərəfindən formalaşdırılıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov konfederasiyanın fəaliyyəti və sahibkarlıq subyektləri ilə əməkdaşlığına, İran şirkətlərinin nümayəndələri təmsil etdikləri qurumların fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.

Biznes forum Azərbaycan və İran iş adamlarının əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.

Tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, AZPROMO-nun və İranın "Pars Pegah Tejarat" şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. Biznes forumda hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, neft-qaz, kimya sənayesi, kənd təsərrüfatı, qida sənayesi, tikinti, mühəndislik və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.