Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Bakı Metropoliteni qışa tam hazırdır.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, qarlı-şaxtalı günlərdə sərnişinlərin rahatlığı və təhlükəsizliyi ilə bağlı məsələlər, əsasən, qatarların hərəkəti, eləcə də sərnişinlərin stansiyalara daxil olub-çıxması ilə bağlı olur. Bununla əlaqədar, qar və buz bağlayan yerlərin təmizlənməsi üçün stansiyalar müvafiq inventar, avadanlıq və materiallarla təmin edilib.

Metropolitenin yeganə yerüstü stansiyası olan “Bakmil”də hazırlıq tədbirləri, bütün stansiyalarda işçi heyətinin hazırlığı məqsədilə təlimatlar keçirilib və təkrarən davam etdirilir.

Metro üçün qarlı günlərin ən mühüm məsələsi qatarların “Nərimanov” elektrik deposundan xəttə verilməsini və qəbulunu təmin etməkdir. Bununla bağlı, həmişəki kimi, yol xidmətinin nəzdində qarla mübarizə qərargahı yaradılıb.