Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Dünya Bankı bundan sonra da su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dəstək verəcək.

“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri noyabrın 12-də Azərbaycanda səfərdə olan Dünya Bankının su təchizatı və kanalizasiya layihələri üzrə aparıcı mütəxəssisi Fransis Braun “Azərsu” ASC-də keçirilən görüşdə deyib.

ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın böyük tarixi olduğunu xatırladaraq bankın ölkəmizdə həyata keçirilən sosial və infrastruktur layihələrində yaxından iştirakını yüksək qiymətləndirib. Qorxmaz Hüseynov Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı, Qəbələ, Sabirabad və Saatlı şəhərlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin uğurla davam etdiyini, artıq bu şəhərlərdə əhalinin layihələrdən faydalandığını diqqətə çatdırıb.

Dünya Bankının su təchizatı və kanalizasiya layihələri üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyinat aldıqdan sonra ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan Fransis Braun bildirib ki, Azərbaycanda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində böyük işlər görülür. O, hər 4 şəhərdə işlərin gedişindən razı qaldıqlarını və Dünya Bankının bundan sonra da Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dəstək verəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində görülmüş işlər və gələcək əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparılıb.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov cəmiyyətin yeni Təlim-Tədris Mərkəzinin inşa olunduğunu və artıq fəaliyyətə başladığını da bildirib: “Dünya Bankının Bakı ofisinin rəhbəri də daxil olmaqla əməkdaşlıq etdiyimiz beynəlxalq maliyyə institutlarının nümayəndələri mərkəzlə tanış olublar. Ən müasir standartlara uyğun qurulmuş mərkəzdə regional təlimlərin keçirilməsi üçün hər cür şərait yaradılıb və Dünya Bankının regional təlimlərinin Bakıda keçirilməsinə hazırıq”.

Fransis Braunun rəhbərlik etdiyi nümayəndə heyəti Təlim-Tədris Mərkəzində olub. Səfər müddətində nümayəndə heyəti Şamaxı və Qəbələ şəhərlərində həyata keçirilən layihələrin icrası ilə də tanış olacaq.