Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Dəniz vağzalının qarşısında Azərbaycanın üçrəngli bayrağı, Bakı şəhərinin və Bakı Limanının bayraqları qaldırılıb.

Bu barədə AZƏRTAC-a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Mərasimdə çıxış edən QSC-nin Baş direktoru Taleh Ziyadov bayram münasibətilə iştirakçıları təbrik edib və dövlət bayrağımızın əhəmiyyətindən danışıb. O deyib: “1918-ci ilin məhz bu günü ilk dəfə dalğalanan üçrəngli bayrağımız bu gün milli kimliyimizin, milli dəyərlərimizin və suverenliyimizin əsasını təşkil edir”.

Tarixən bayrağın qaldırılmasından daha önəmli və məsuliyyətli öhdəliyin bu bayrağın daim qürurla dalğalanmasını təmin etmək olduğunu bildirən T. Ziyadov bu işdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin danılmaz rolunu xüsusi vurğulayıb.

Açılış nitqindən sonra dövlət himnimizin sədaları altında Azərbaycanın üçrəngli bayrağı, Bakı şəhərinin bayrağı və Bakı Limanının yeni bayrağı qaldırılıb.