Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

“Qatar Airways” erkən rezervasiyalar üçün “Xəyal qurma, plan qur” adlı qlobal endirim kampaniyasına start verib.

“Qatar Airways” şirkətinin Bakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, müştərilərə endirimli qiymətlərlə 150-dən çox istiqamətə rahat uçuş imkanı yaradılıb. Sərnişinlər Yaxın Şərq, Hindistan və Asiya istiqamətləri üzrə biznes və ekonom siniflərində 40 faizə qədər endirimlər əldə edəcəklər.

Noyabrın 6-dək olan xüsusi endirim kampaniyası yalnız Bakıdan olan uçuşlar üçün keçərlidir. Uçuşlar Tbilisi, Sinqapur, Seul, Pert, Maldiv, Çennay, Kuala Lumpur, Cakarta, Hanoy, Dubay, Denpasar, Dehli, Kolombo, Quanco və Bankok istiqamətləri üzrə endirimli qiymətlərlə həyata keçiriləcək. Sərnişinlər rezervasiyalarını “Qatar Airways” satış mərkəzinlərində və ya qatarairways.com/globalsale internet səhifəsinə daxil olaraq edə bilərlər.

Qeyd edək ki, bu ilin əvvəlindən etibarən “Qatar Airways” Amsterdam (Niderland), Zənzibar (Tanzaniya), Faisalabad, Sialkot, Multan (Pakistan) və Abjaya (Səudiyyə Ərəbistanı) istiqamətində mütəmadi uçuşlara başlayıb və bu ilin sonuna qədər Durban (Cənubi Afrika) və Nagpur (Hindistan) istiqamətlərinə də mütəmadi uçuşlar təşkil ediləcək.

Həmçinin 2016-cı ildən Amerika Birləşmiş Ştatlarında Los Anjeles, Boston və Atlanta, Avstraliyada Sidney və Adelaide, Birləşmiş Krallıqda Birmingem, Birləşmiş Ərəb Əmirliklərində Ras Al Khaiman istiqamətlərinə mütəmadi uçuşlara başlayacaq.