Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Azərbaycan daşınmaz əmlak və torpaq idarəçiliyi infrastrukturunun inkişafı üzrə beynəlxalq aləmdə yüksək qiymətləndirilir.

Bu fikir Əmlak Məsələləri Dövlət Komitəsinin ev sahibliyi ilə BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə əməkdaşlığı çərçivəsində oktyabrın 29-da Bakıda keçirilən “BMT-nin AİK regionu üzrə daşınmaz əmlak-torpaq idarəçiliyində sahəvi reyestrlərin rolu” mövzusunda beynəlxalq tədbirdə səsləndirilib.

Tədbir açılış sessiyası ilə işinə başlayıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatların nəticəsi olaraq qısa müddətdə iqtisadiyyatın bütün sahələrində, o cümlədən əmlak münasibətlərində də ciddi dəyişikliklər baş verib. Qeyd olunub ki, ölkə iqtisadiyyatında müşahidə olunan müsbət tendensiyalar daşınmaz əmlak idarəçiliyi sahəsində yeni yanaşmaların irəli sürülməsini labüd edib. Həmin yanaşmalar özündə informasiya və kommunikasiya texnologiyalarının, qabaqcıl idarəetmə mexanizmlərinin, beynəlxalq təcrübənin, müasir normativ-hüquqi bazanın və sadələşdirilmiş prosedurların tətbiqini əks etdirir. Bildirilib ki, şəffaflıq və operativlik məqsədilə daşınmaz əmlakın qeydiyyatında və torpaq idarəçiliyində “bir pəncərə” sistemi tətbiq olunur. Fəaliyyət sahələri üzrə 31 elektron, 3 onlayn və SMS xidmət vətəndaşların istifadəsinə verilib. Artıq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması istiqamətində işlərə başlanılıb. Bakı Kadastr Layihəsinin yekunlaşması ilə Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası yaradılıb. Bu işlərlə yanaşı, komitənin “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri kimi sosial layihələri də ardıcıl həyata keçirilir.

Komitə sədri çıxışında son illər ərzində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı, kadastrı və ünvan reyestri sahələrində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Qeyd olunub ki, daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyi infrastrukturunun inkişaf etdirilməsi yolunda atılan addımlar beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il dərc olunan “Doing Business” hesabatlarında Azərbaycan aparıcı islahatçı ölkələrin siyahısında, həmçinin daşınmaz əmlakın qeydiyyatına görə dünyanın 189 ölkəsi arasında ilk pillələrdə yer alır.

Komitə sədri vurğulayıb ki, bütün bu tədbirlər fonunda ƏMDK öz fəaliyyətində beynəlxalq təcrübənin tətbiqi və bu istiqamətdə xarici ölkələrlə həyata keçirilən əməkdaşlığa daim xüsusi diqqət ayırır. Bu baxımdan, bəhs olunan beynəlxalq tədbirin önəmi və tədbir çərçivəsində aparılacaq təcrübə mübadiləsinin mühüm əhəmiyyəti xüsusi vurğulanıb.

Milli Məclisinin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə respublikanın iqtisadi inkişaf tempinə görə dünyada öndə gedən dövlətlər sırasında olmasından, ölkəmizin sosial-iqtisadi inkişafından söz açıb. Bildirilib ki, daşınmaz əmlak idarəçiliyi sahəsində əldə olunan uğurlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdədir. Bu istiqamətdə həyata keçirilən beynəlxalq əməkdaşlıq əlaqələrinin, təşkil edilən beynəlxalq tədbirlərin daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığı qeyd olunub.

Tədbirdə BMT baş katibinin müavini, Avropa İqtisadi Komissiyasının icraçı katibi Kristian Fris Baxın ünvanladığı video salamla nitqi təqdim olunub. BMT baş katibinin müavini Bakıda keçirilən bu tədbirin böyük əhəmiyyətindən danışıb və uğurlar arzulayıb.

Daha sonra BMT AİK-in Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsi ilə canlı telekörpü yaradılıb. Telekörpü vasitəsilə sözügedən komitənin sədri Yelena Szolgayova tədbirə qoşulub. O, BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupunun fəaliyyətindən danışıb və Azərbaycanın daşınmaz əmlakın qeydiyyatı sahəsində əldə etdiyi uğurları vurğulayıb.

Açılış sessiyasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının daşınmaz əmlak idarəçiliyi üzrə baş eksperti Rumyana Tonçovska və BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupunun sədri Elşad Xanəlibəyli təqdimatla çıxış ediblər.

Daha sonra beynəlxalq tədbir 3 sessiya üzrə davam edib.

Tədbir çərçivəsində məkan və inzibati məlumatların səmərəli idarə edilməsi, müştəriyönümlü və dolğun daşınmaz əmlak kadastrı və reyestrinin aparılması üzrə qabaqcıl təcrübə paylaşılıb. Məlumat infrastrukturunda daşınmaz əmlak idarəçiliyi ilə digər sahəvi reyestrlərin qarşılıqlı təması və bu sahədə istifadə edilən informasiya texnologiyaları ilə bağlı mövzular dinlənilib. Ünvan və tikililər üzrə sahəvi reyestrlərin inkişaf etdirilməsinin yeni istiqamətləri, sahilboyu məkan planlaşdırması və su kadastrı, həmçinin digər aidiyyəti mövzular ətrafında ölkə təqdimatları olub və interaktiv müzakirələr aparılıb. BMT AİK-ə üzv dövlətlərin nümayəndələri çıxışlarında daşınmaz əmlak idarəçiliyində sahəvi reyestrlərin təkmilləşdirilməsi sahəsində öz ölkələrinin təcrübəsini bölüşməklə tədbirin gedişində təcrübə mübadiləsi aparıblar.

Beynəlxalq tədbirdə Azərbaycan, Almaniya, Sloveniya, Böyük Britaniya, Norveç, Danimarka, Yunanıstan, Finlandiya, Avstriya, Niderland, Ukrayna, Rusiya Federasiyası, Xorvatiya, İsveç, Moldovadan olan nümayəndələrin daşınmaz əmlak idarəçiliyində sahəvi reyestrlərin yaradılması və təkmilləşdirilməsi ilə bağlı çıxış və təqdimatları olub.

Tədbir oktyabrın 30-da öz işını davam etdirəcək. Tədbir çərçivəsində “Google” texnologiyaları və mümkün peyk təsvirlərinin inteqrasiyası vasitəsilə torpaqların qiymətləndirilməsi və monitorinqini həyata keçirmək üçün sərbəst və açıq mənbə proqram təminatı” mövzusunda professional dərslər keçiriləcək.

Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupu BMT AİK-in nəzdində fəaliyyət göstərən hökumətlərarası qurumdur. 2013-cü ildən Azərbaycan qeyd olunan İşçi Qrupuna və onun Bürosuna sədrlik edir. İşçi Qrupunun ümumi məqsədi bütün Avropa, keçmiş Sovet İttifaqı ölkələri, ABŞ və Kanada, həmçinin Türkiyə və İsrail dövlətini özündə birləşdirən BMT-nin AİK regionunda daşınmaz əmlak idarəçiliyinin təşviqi və təkmilləşdirilməsidir. İşçi Qrupu daşınmaz əmlaka dair sahiblik və istifadə hüquqlarının təhlükəsizliyi, daşınmaz əmlakın kadastrı və qeydiyyatının təkmilləşdirilməsi, səmərəli daşınmaz əmlak bazarının yaradılmasını hədəf kimi müəyyən edib. İşçi Qrupu bu istiqamətdə daşınmaz əmlak idarəçiliyi sistemlərinin gücləndirilməsi və müasirləşdirilməsi metodlarını müəyyənləşdirir. Daşınmaz əmlak siyasətinin hazırlanması, həyata keçirilməsi və monitorinqinə töhfələr verir və dayanıqlı daşınmaz əmlak idarəçiliyi proqramları və layihələrini təşviq edir. İşçi Qrupunun fəaliyyəti region ölkələri arasında əməkdaşlıq və təcrübə mübadiləsinə əsaslanır.

Qeyd edək ki, tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.