Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Vergi Apelyasiya Şurasında fiziki şəxs Rüstəmov Tofiq Qaçay oğlunun gəlir vergisi üzrə kameral qaydada hesablanmış əlavə verginin ləğv edilməsi barədə təkrar şikayətinə baxılıb.

Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, T.Rüstəmov Vergilər Nazirliyinə ünvanladığı şikayətində Bakı Vergilər Departamenti tərəfindən ona məxsus mənzilin satılması ilə əlaqədar gəlir vergisi hesablandığını bildirib. O, bu qərarı düzgün hesab etməyərək kameral qaydada hesablanmış verginin ləğv olunmasını xahiş edib.

Araşdırma zamanı məlum olub ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində qeydiyyatda olan fiziki şəxs Rüstəmov Tofiq Qaçay oğlu 21 fevral 2013-cü il tarixdə 78 min 370 manata əldə etdiyi mənzili həmin ilin oktyabr ayının 31-də 117 min 675 manata satıb, lakin 2013-cü ilin müvafiq dövrü üzrə vergi bəyannaməsini vergi orqanlarına təqdim etməyib.

Hesabat dövrü üzrə vergilərin hesablanmasında kənarlaşma yarandığından Bakı Vergilər Departamenti tərəfindən vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərililib.

Apelyasiya Şurası vergi orqanı tərəfindən keçirilmiş kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin tələblərinin pozulması hallarına yol verilmədiyini, kameral vergi məbləğinin düzgün hesablandığını müəyyən edib.

Toplanmış materiallar, gətirilmiş dəlillər əsas götürülməklə və qanunvericiliyin tələbləri rəhbər tutulmaqla Vergi Apelyasiya Şurası Rüstəmov Tofiq Qaçay oğlunun təkrar şikayətinin təmin edilməməsi haqqında Qərar çıxarıb.