Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Roma şəhərində İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Maliyyə Qvardiyasının dəstəyi ilə Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin (CIAT) “Vergi administrasiyasında yoxlama funksiyasının təşkili” mövzusunda texniki konfransda vergi məsələlərinə dair aktual mövzular müzakirə edilib.

Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda vergi yoxlamaları üsullarının istifadəsində cari vəziyyət, yanaşmalar və qarşıya çıxan çətinliklər, yoxlama planının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycan Respublikası vergilər nazirinin müşaviri Ələkbər Məmmədov ölkəmiz haqqında, Vergilər Nazirliyinin fəaliyyəti, beynəlxalq və sosial tərəfdaşları, Azərbaycan və CIAT arasında əməkdaşlığın perspektivləri haqqında geniş məlumat verib.

CIAT, Dünya Bankı və Beynəlxalq Vergi Agentliyinin (ITC) təşkilatçılığı ilə keçirilən “Kooperativ əməletmə və vergi cinayətlərinin qarşısının alınması sahələrinin inkişaf etdirilməsi məqsədilə informasiya mənbələrinə çıxış” mövzusunda seminarda isə Latın Amerikasında mövcud vergi məlumat mənbələri, vergi administrasiyaları arasında məlumat mübadiləsinin təşkili, eləcə də vergi cinayətlərinin qarşısının alınmasında qabaqlayıcı mexanizmlərin tətbiqi sahəsində CIAT-a üzv dövlətlərin və Dünya Bankının nümayəndələrinin təqdimatları dinlənilib.