Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Gürcüstan melioratorları Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) təcrübəsini öyrənirlər.

ASC-dən AZƏRTAC-a bildiriblər ki, “Gürcüstan meliorasiyası” Cəmiyyətinin baş direktoru Levan Dvalinin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 14-17-də ölkəmizdə səfərdə olub. Səfərin məqsədi iki ölkənin müvafiq qurumları arasında işgüzar əlaqələrin daha da dərinləşdirilməsi, eləcə də meliorasiya sahəsində Azərbaycanın təcrübəsini öyrənməkdir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də keçirilən görüşdə Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadə qonaqlara qurum və onun gördüyü işlər barədə ətraflı məlumat verib. Görüş zamanı hər iki ölkənin mütəxəssisləri arasında meliorasiya və su təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Səfər müddətində qonaqlar Səhmdar Cəmiyyətin elmi-tədqiqat və layihə institutlarında, idarə və təşkilatlarında aparılan işlərlə tanış olublar. Nümayəndə heyətinin üzvləri Azərbaycan Dövlət Neft Fondunun maliyyələşdirməsi ilə həyata keçirilən “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin, Dünya Bankının maliyyələşdirməsi ilə reallaşdırılan “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” və “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi qrupları ilə də görüşüblər. Eyni zamanda qonaqlar Taxtakörpü su anbarı və Xızı rayonunda yeni suvarılan torpaqların istifadəyə verilməsi ilə əlaqədar aparılan meliorativ tədbirlərlə maraqlanıblar. Gürcüstanlı melioratorlar, həmçinin Quba Suvarma Sistemləri İdarəsində və rayon ərazisindəki Qudyalçay hidroqovşağı, eləcə də Abşeron magistral kanalında aparılan yenidənqurma işləri ilə də tanış olublar.

Görüş zamanı hər iki ölkənin mütəxəssisləri arasında belə tədbirlərin mütəmadi olaraq keçirilməsi qərara alınıb.