Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xəbərlər

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə Əlaqələndirmə Komitəsinin Bakıda keçirilmiş iclasında müvafiq marşrutun hərəkəti üzrə konsorsium yaradılıb.

AZƏRTAC bu xəbəri “NK “Kazakstan temir jolı” Səhmdar Cəmiyyətinin saytına istinadla verir. Qeyd edək ki, Qazaxıstan dəmiryolu SC-nin prezidenti həm də TBNM-in inkişafı üzrə Əlaqələndirmə Komitəsinin sədridir.

Məlumatda bildirilir ki, iclasda iştirak edən tərəflər (Azərbaycan, Qazaxıstan, Gürcüstan) “NomadExpress” konteyner qatarının Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə dəmiryolu və dəniz nəqliyyatının iştirakı ilə birbaşa beynəlxalq dəmiryolu-bərə marşrutuna buraxılması üzrə nəqliyyat şirkətləri arasında qarşılıqlı əlaqə texnologiyalarının təsdiqi məsələlərini, TBNM marşrutu üzrə “NomadExpress” konteyner qatarının təşkilinə kompleks yanaşma, TBNM marşrutu üzrə daşımalarda iştirakçılar arasında konsorsiumun yaradılması, Çin və Avropa ölkələrinə roud-şouların təşkili məsələlərini müzakirə edib və razılaşdırıblar.

Əlaqələndirmə Komitəsinin işinin yekununa əsasən tərəflər yuxarıda qeyd edilən qarşılıqlı fəaliyyət texnologiyasını imzalayıblar. Bu sənəddə tranzit konteyner qatarlarının hərəkət vaxtının qısaldılması, dəhliz iştirakçıları və gömrük orqanları arasında ilkin informasiya mübadiləsinin aparılması, daşımaların təşkili ilə əlaqədar daşıma sənədlərinin tərtibatı qaydalarına riayət olunması nəzərdə tutulur. Həmçinin konteyner qatarlarının bütün marşrutlarda 1100 km/sutkayadək stabil surətə riayət edilməsi nəzərdə tutulub.

Komitə iclasının digər qərarları sırasına “NomadExpress” konteyner qatarının təşkili üçün xüsusi tarif şərtlərinin qəbul edilməsi, TBNM marşrutunun dünya nəqliyyat bazarında hərəkəti üzrə iştirakçılar arasında konsorsiumun yaradılması daxildir.

Əlaqələndirmə Komitəsinin başlıca vəzifələri tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, yüklərin daşınmasında tariflərin müəyyən edilməsi sahəsində razılaşdırılmış siyasətin həyata keçirilməsi, nəqliyyat əlaqələrinin səmərəsinin yüksəldilməsi, birgə inteqrasiya edilmiş logistik məhsulun istehsalı yolu ilə TBNM marşrutunu inkişaf etdirməkdir.